A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | I | K |
Q | L | M | N | O | P | R | S | Ş | T | U | V | Y | Z |
ENSİKLOPEDİYA HAQQINDA ENSİKLOPEDİYA
Azərbaycan və dünya ədəbiyyatında sevdiyim yazıçılar çoxdur, ancaq ömrüm boyu ən çox sevdiyim, yaradıcılığına və həyat yoluna dönə-dönə müraciət etdiyim, irsiylə, keşməkeşli ömrüylə bir daha tanış olduqca mənəvi güc aldığım, məni incidən bir çox problemlərə yazdıqlarında cavab tapdığım sənətkar, şəxsiyyət, böyük və ulu insan - Mirzə Cəlil Məmmədquluzadədir.
Bu sevgiAzərbaycan şünaslıqda çoxları "Dədə Qorqud kitabı"nı haqlı olaraq milli-etnik varlığımızın tarixi-ədəbi ensiklopediyası sayırlar. Bu mənada iki cilddə hazırlanmış "Kitabi-Dədə Qorqud Ensiklopediyası"nı ensiklopediya haqqında ensiklopediya adlandırmaq olar.
Təqdim etdiyimiz bu kitab "Kitabi-Dədə Qorqud Ensiklopediyası"nın 2-ci cildi əsasında hazırlanmışdır. Məqsəd 2-ci cildin əsas məzmununu elmi-kütləvi tirajla geniş oxucu kütləsinə çatdırmaqdır. Bilindiyi kimi, "Kitabi-Dədə Qorqud Ensiklopediyası"nın hər iki cildi yubiley tədbiri olaraq nəfis şəkildə və yüksək poliqrafik keyfiyyətdə məhdud tirala (2 min nüsxə) buraxılmışdı.
Tirajın az qala hamısı hədiyyə olaraq yubiley iştirakçılarına paylandı, bir qismi də seçmə kitabxanalara verildi və oxucualıcılar üçün satışa çıxa bilmədi. İndi Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin latın əlifbasında kütləvi nəşrlərlə bağlı məlum fərmanı fürsət verdi ki, həmin ehtiyac ödənilsin.
Hər bir ensiklopediya kimi bizim bu ensiklopediyamız da həm lüğətdir, həm də elmi məlumat verən əl kitabıdır. İşin gedişində cildi sırf lüğətçilikdən təmizləməyə, bununla da tərəzinin elm gözünün çəkisini ağırlaşdırmağa səy etmişik. Eyni zamanda "Dədə Qorqud kitabı" ilə bilavasitə bağlı olmayan, yaxud ona az dəxli olan və ya bir-birini təkrar edən oçerkləri ixtisar etməli olduq. Redaktə və ixtisarlarda bir sıra texniki və aşkar elmi qüsurları nəzərə almışıq. Əlavələr azdır, ancaq var.
Böyük tirajla nəşr olunan bu kitabın vasitəsi ilə elmi-oxucu kütləsi "Kitabi-Dədə Qorqud Ensiklopediyası"nın 2-ci cildi barəsində dolğun təsəvvür alacaqdır.
Tofiq Hacıyev
|
|