“OĞUZNAMƏ”- 6 (Uyğur versiyası)
– Paris Milli Kitabxanasında Şefer
fondunda, Supplement Turcs, 1001 sayı
altında saxlanılan, uyğur əlifbası ilə
əsas nüsxədən XIII-XIV yüzilliklərdə
üzü köçürülmüş abidə. Oğuznamə
mətni 21 vərəq, 42 səhifədən ibarətdir.
Hər səhifəyə 9 sətir yerləşdirilib. I səhifədə
1 və 3 sətirlər arasında göy
rəngli öküz, V səhifənin axırıncı sətrində
quş şəkli, VI səhifədə 4 sətirdə təkbuynuzlu
heyvan şəkli çəkilib.
Bu Oğuznamə elmi ədəbiyyatda
“Oğuz kağan” adı ilə də tanınır. Oğuz
xan və onun haqqında dastan barədə ilk
məlumatı 1815 ildə F.Dits vermişdir.
V.Radlovun xahişi ilə Şefer əlyazmanın
fotosurətini ona göndərmiş, Radlov da
onu 1890 ildə 8 səhifə faksimilesi ilə
birlikdə ruscaya tərcümə etmişdir. 1891
ildə o, “Oğuz kağan” dastanının transkripsiyasını,
almancaya tərcüməsini nəşr
etmişdir. Bu abidənin ikinci nəşri Rza
Nura məxsusdur. O, Oğuznaməni 1928
ildə İskəndəriyyədə (Aleksandriya)
transkripsiya, tərcümə, ön söz və
faksimile ilə birlikdə çap etdirmişdir.
1932 ildə bu əsəri V.Banqla Q.Rəhməti,
1959 ildə A.Şerbak, 1970 ildə
M.Ergin, 1988 ildə K.Əmirəliyev, yenə
həmin ildə A.Bekmıradov nəşr
etmişlər. Oğuznamə indiyə qədər rusca,
almanca, fransızca, türkcə, qazaxca,
özbəkcə, türkməncə çap olunubdur.
Oğuznamə “Oğuz kağan” adı ilə
oricinaldan ilk dəfə 1993 ildə Azərbaycanda
Füzuli Bayat (Gözəlov) tərəfindən
nəşr edilmişdir. Kitabda 110 səhifə
tədqiqat, variant fərqləri haqqında qeyd,
izahlı lüğət, mifoloci obraz və ifadələrə
şərh, mətnin transkripsiyası, Azərbay267
can türkcəsi verilmişdir. Oğuznamə elə
həmin ildə Şerbak nəşrinə əsasən
K.Vəliyev, F.Uğurlu tərəfindən yenidən
çap olunmuşdur.
Oğuznamə, yaxud “Oğuz kağan”
dastanının tədqiqat tarixi onun nəşr
tarixi ilə bir vaxta düşür. Bu sahədə
V.Radlov, R.Nur, V.Banq, P.Peliyo,
Z.Toğan, A.Bernştam, İ.Stebleva,
B.Ögəl, F.Bayat, K.Əmirəliyev, A.Bekmıradov
və b. filoloci, tarixi, sosialoci
istiqamətdə araşdırmalar aparmışlar.
Oğuznamə oğuzların əcdadı, ilk
hökmdarı, ordunun, dövlətin qurucusu
Oğuz kağan haqqında başdan və sondan
əskik bir dastan parçasıdır. Əlyazmada
ərəb və fars sözlərinin olmaması (“dost”
və “düşmən” sözləri istisna olmaqla),
əski lüğət tərkibi onun ilk variantının
e.ə. yazıya alındığı fikrini söyləməyə
əsas verir. Bunu əl-Dəvadarinin məlumatı
da təsdiqləyir. Oğuznamə VI əsrdə
farscaya, IX əsrdə ərəbcəyə tərcümə
edilmişdir. Deməli, Oğuznamələr bütöv
şəkildə hələ çox erkən çağlardan yazıya
alınıb türklərin özləri ilə gəzdirdiyi
müqəddəs kitab olmuşdur.
Əski türklərin siyasi, iqtisadi, tarixi
və mədəni həyatını əks etdirən “Oğuz
kağan” dastanı bizə qədər gəlib çatmış
ən qədim Oğuznamə nüsxəsidir. Özündə
bir neçə tarixi dövrü yaşadan bu dastan,
mövcud elmi fikrə görə, təqribən
Elxanilər dövründə axırıncı formalaşma
prosesi keçirmiş, XVI-XVII yüzilliklərə
qədər həm şifahi, həm də yazılı
ənənədə yanaşı yaşamışdır. “Oğuz kağan”
dastanı ənənəvi dastan təhkiyəsindən
fərqlənir. Bunun başlıca səbəbi
katibin yalnız Oğuz xanla bağlı hissələri
qısa şəkildə təqdim etmək arzusu ilə
bağlıdır. Həcmcə qısa olan bu variantın
başlıca mövzusu türklərin tarix səhnəsinə
çıxması, ilk cahan dövlətinin qurulması,
dünyanın türk ordusu tərəfindən
fəthi, Oğuz elinin sağ-sol qanada
bölünməsi və s-dir. Məhz həm mövzusuna,
həm spesifik strukturuna görə bu
dastan bir neçə cəhəti ilə həm arxaik
tipli yakut, tuva, xakas, altay, şor dastanlarından,
həm də klassik qırğız, özbək,
qazax, Azərbaycan dastanlarından
fərqlənir. Qısaca olaraq bu fərqləri
aşağıdakı kimi sistemləşdirmək olar:
Əvvəla, bu dastanda onun sonuncu
dəfə yazıya alındığı dövrə qədər məlum
olan türk tayfalarının, demək olar
ki, hamısı iştirak edir. Oğuznamədə adları
keçən tayfalar oğuzların ətrafında
birləşməklə dövlətin qurulmasında
iştirak edirlər.
İkincisi, Oğuz kağan qıpçaq, xalaç,
karluq, kanğa, bozok, üçok tayfalarının
əcdadlarına ad verməklə onları tarix
səhnəsinə çıxardır. İlk dəfə olaraq
məhz Oğuznamədə eponim surətlər
iştirak edir.
Üçüncüsü, dastanda başlıca diqqət
el qurmağa və hərbi-demokratik dövlətin
prinsiplərini müəyyənləşdirməyə
yönəlib. Bu mənada “Oğuz kağan”
ideoloci dastandır.
Dördüncüsü, həm arxaik, həm də
klassik dastanlar canr çərçivəsində
variasiya olunduğu halda “Oğuz kağan”
ədəbi, tarixi formalarda variasiya
olunur.
Oğuznamənin uyğur versiyası, çox
güman ki, əd-Dəvadarinin məlumat
verdiyi “Ulu xan Ata Bitikçi”yə bənzər
kitab olmuşdur. O, dastandan çox əcdad
haqqında müqəddəs kitabdır.
KDQ məntiqi olaraq “Oğuz kağan”
dastanının davamıdır. Birincidə ayrıayrı
oğuz qəhrəmanları iştirak edirsə,
ikincidə tayfaların qəhrəmanlığı, başqa
keyfiyyətləri öyülür. Oğuznamənin
uyğur versiyası mifoloci obrazlarla zəngindir.
Dastanda Tanrı oğlu Oğuz xan,
xilaskar, yol göstərən Boz Qurd, Oğuz
elinin düşməni Təkbuynuz, hər şeydən
xəbər verən, yuxu yozan Ulu Türk, göy
və yer qızları, onlardan doğulan makro
və mikrokosmik obrazlar bunu təsdiqləyir.
Tarixi, mifoloci, ictimai-siyasi
informasiya yükünün böyüklüyünə görə
bu dastan qalan bütün türk dastanlarından
fərqlənir. Bu cəhətdən onda
dövlətçilik, fütuhatçılıq ideologiyası
qabarıq şəkildə qoyulub. Daha çox passionar
ruhu qaldırmağa yönəldiyindən
Oğuznamənin uyğur versiyası spesifik
xüsusiyyətlərə malikdir. Ancaq “Oğuz
kağan” dastanı folklor abidəsi kimi
bədii-estetik təfəkkürün qaynağı, oğuz
dastançılığının birincisidir. Təkcə o,
tarixi abidə kimi deyil, həm də poetik
mətn kimi oğuzların əxlaqi davranışlarının,
normalarının məcmusu kimi də
qiymətlidir.
“Oğuz kağan” dastanında kosmoloci
miflə geneoloci mif bir-birinin içində
verilib, daha doğrusu, bu mətndə
kosmoqonik mifin təqvim və etnoqonik
dilə çevrilməsi müşahidə olunur. Bu
mənada dastan qədim türklərin mifoloci
dünyagörüşünü də əks etdirir. Oğuzun
göy və yer qızları ilə evlənməsindən
doğulan altı oğlu Ülkər ulduz dəstəsinin
sayına bərabərdir. Həmçinin adların
göy və yer elementlərini simvolizə etməsi,
nizamın mərkəzində Oğuz xanla
altı oğlunun durması, övladların göyü,
yeri birləşdirməsi bir daha göstərir ki,
oğuz dünya modeli kosmoetnoqonik
mifdən keçir. Bu altı oğul eyni zamanda
24 oğuz boyunun əcdadları olan Bozok
və Üçoklardır. Deməli, Oğuz dastanında
əski şaman dünyagörüşündən
irəli gələn dünyanın makro və mikrokosmik
modeli daşlaşıb. Dastanın son
hissəsində toy motivi verilmişdir ki,
burada da oğuz cəmiyyətinin dünyanın
nizamına uyğun modeli formalaşdırılır.
Altı, on iki, iyirmi dörd astral rəqəmləri
eyni şəkildə cəmiyyətə də köçürülür.
Oğuznamədə hunlarda, göy türklərdə
və sonrakı müsəlman dövlətlərində –
qəznəvilərdə, səlcuqilərdə, qaraxanilərdə,
xarəzmşahlarda, osmanlılarda,
teymurilərdə, səfəvilərdə və b. müşahidə
olunan dövlətin və ordunun iki
cinaha bölünməsi poetik şəkildə Oğuz
xanın iki arvadından doğulan uşaqlarının
simasında reallaşır. Həm də bu bölgünün
ilk prototipi yazılı şəkildə Çin
mənbələrində hunlara aid edilir. Türk
ənənəsində isə sağ-sol bölgüsü Oğuz
ənənəsi adlandırılır.
Oğuznamənin uyğur versiyası
arxaik dastan tipindədir. Bunu yaradılış
və etnoqonik miflərin dastanda çoxluğu
da sübut edir. Dastanda mifoloci motivlər
bu və ya digər dərəcədə Oğuz rəvayətlərində
və KDQ-də təkrarlanır.
Tarixçilərin böyük əksəriyyəti
Oğuz kağanı hun hökmdarı Mete, yaxud
Mode Şanyuyla eyniləşdirirlər. Bunu
İslam salnaməçilərinin Oğuz xan, çin
salnaməçilərinin Mete haqqında verdikləri
məlumatın müqayisəsi də göstərir.
Sonradan Oğuzu Çingiz, Buğra
xan, hətta Əmir Teymurla da eyniləşdirənlər
olmuşdur. Ancaq Oğuznamənin
uyğur versiyasındakı Oğuz kağan daha
çox epik-mifik obrazdır. O, bir neçə
cəhəti ilə tarixi-xronikaların Oğuzundan
fərqlənir. Bu, sadəcə olaraq, əfsanələşən
hər bir tarixi cahangirin Oğuza
bənzədilməsinin məntiqi yekunudur.
Dastan Oğuzu daha çox Alp Ər Tonqaya
yaxındır. Oğuz dastanının SkifSaka
dövründən formalaşmağa başladığı,
Oğuz kağanın yürüşlərinin Türküstan
hökmdarı Alp Ər Tonqa yürüşlərini
xatırlatması hər iki tarixi-əfsanəvi
obraz arasında az qala bərabərlik
işarəsi qoyur. Digər tərəfdən Biruninin,
Təbərinin tarixlərində Oğuz ya Alp Ər
Tonqanın nəvəsi, ya da kürəkəni
mövqeyindədir. Assur, Babil mənbələrinin
Aşquz, yaxud işquzlar barədə
verdiyi məlumat da oğuzların Ön
Asiyaya Alp Ər Tonqa komandanlığı
altında gəldiyini göstərir. Başqa bir
tarixi mənbədə Oğuzun (Kök Börü
Quz) Alp Ər Tonqanın baş komandanı
olması faktı da bu dastanın Skif-Saka
dövründən, yəni e.ə. VII əsrdən formalaşmağa
başladığını təsdiqləyir.
Oğuznamənin uyğur versiyası poetik
strukturu baxımından kamil sənət
əsəridir. Oğuz dastançılıq ənənəsinə
uyğun “Oğuz kağan” nəsr və nəzmlə
ifa olunmuş, yazıya köçürülərkən bu
prinsip qismən də olsa gözlənilmişdir.
Dastanın nəsr dilində zəngin təşbehlər,
metaforalarla yanaşı səcc də özünü
göstərir. Uyğur əlifbasının spesifikasına
uyğun olaraq dastanda nəzmlə nəsr birbirindən
fərqləndirilmir. Bununla
yanaşı, Oğuznamədə 40 misraya yaxın
şer parçası var. Bu şeir parçalarının
sayca az olduğunu deyənlərlə (Rza Nur)
yanaşı, onun çox olduğunu deyənlər də
var (P.Peliyo, İ.Stebleva). Dastanda
səkkizlikdə (gəraylı formasında) yazılmış
şeir parçaları kəmiyyətcə çoxluq
təşkil edir. Həm də bu şeir müasir
poetikanın şerə verdiyi tələblərə uyğun
gəlir. Aşağıdakı misralardan bunu aydın
görmək olur:
Ay oğullar, köb men aştum (4 + 4)
Uruşğular köb men kördüm (4 + 4)
Cıda bilə köb ok attum (4 + 4)
Ayğır bilə köb yürüdüm (4 + 4)
Düşmanlarnı yığlağurdum (4 + 4)
Dostlarumnı men küldürdüm (4 + 4)
Gök Tenriqə men ötədüm (4 + 4)
Sizlərqə berəmən yurtum (3 + 5)
Bu səkkiz misralıq şeirdə hətta
misra bölgüsü də sabitdir. Yalnız
axırıncı misrada təqt pozulub. Qafiyə
axıra qədər um-üm şəklində gedir və
fel şəkilçisinin qafiyələnməsidir. Dastandakı
bəzi şeirlər qədim türk şeri kimi
assonans qafiyəlidir. Qədim uyğur
ədəbiyyatı üçün səciyyəvi olan alliterasiya,
paralelizm, ritm, intonasiya, qulaq
qafiyələri “Oğuz kağan” dastanı üçün
də xarakterikdir.
Oğuznamənin uyğur versiyasının
dili “c” və “y”-laşan oğuz karluq dilidir.
Məsələn, “carlık berdi”, “yaruk tüşti”.
Bəzən bir söz iki cür – həm “c” ilə, həm
də “y” ilə yazılıb. Məsələn, cumşadı,
yumşadı, curuk, yaruk və s. Bununla
yanaşı, dastanın dilində uyğur dilindən
alınmış leksik vahidlər də vardır. Oğuznamənin
uyğur versiyasının dilində
monqol dilindən alınan sözlərin olması
onun XIII yüzillikdən sonra təkrar
köçürülməsi zamanı mətnə daxil
olmuşdur. Məsələn “bendənq” “nökər”
və s. sözlər buna misal ola bilər.
Tarixi, dilçilik, ədəbi kateqoriyaların
inkişafı baxımından Oğuz dastanı
qiymətli mənbədir. Onun kultroloci aspektdən
araşdırılması ümumən Oğuznamələrin
qayəsini, məqsədini, yönünü
müəyyənləşdirməyə xidmət edər. |