A
ALLİTERASİYA
ALLİTERASİYA – Samit səslərin təkrarından formalaşan bu üslubi fiqurdan kifayət qədər istifadə olunur. Yazı mədəniyyətinin möhkəmlənməsini nümayiş etdirir. Dastan dilində ən müxtəlif samitlərin təkrarı özünü göstərir. Faktiki olaraq belə qəbul edilə bilər ki, Dastanda alliterasiya və sintaktik paralelizm ilə müasir qafiyə ənənəsinin ibtidai əsasını qoyublar. Söz əvvəlində, söz ortasında alliterasiya daha işləkdir. Söz sonunda artıq ibtidai qafiyələnmə baş verir. Nümunə: ...Yigirmi min ər yaqı görümsə yılamadım.
Kamal Abdulla |