Z
ZOONİMLƏR
ZOONİMLƏR – KDQ-də çoxlu heyvan,
quş adları və heyvandarlıqla bağlı
söz və terminlər vardır. Bunların bir çoxuna
həm müasir ədəbi dilimizdə, həm
də dialekt və şivələrimizdə, müəyyən
bir qisminə təkcə dialektlərimizdə rast
gəlinir. KDQ-də rast gəlinən zoonimlər
ev və çöl heyvan və quşlarının adlarından
ibarətdir. Dastanlarda quş adları
azdır və demək olar ki, müasir ədəbi
dilimizdəki fonetik tərkibdə özünü
göstərir. Bunlara qaz, toyuq//tavuq,
şahin, ördək sözlərini misal göstərmək
olar; məs.: “Uçardan qaz, tavuq; yürürdən
keyik, tavşan bu hovlaya doldurub
Oğuz yigitlərinə bunı dam etmişdi”
(D-2554); “Şahin pərvaza ağdı.
Gözlədilər, şahin Tumanın qalasinə
endi” (D-2726); “Ala ördək, qara qazın
uçurmaya”. Dastanın ayrı-ayrı boylarında
müasir ədəbi dilimizdə müşahidə olunan
aşağıdakı ev heyvanları adlarına da
təsadüf edilir: dəvə, köpək, at, ayğır,
qoyun, qoç, buğa, keçi, toğlu, qulun,
köşək, quzu, donuz, təkə//erkəc, cöngə.
Məsələn: “Atdan – ayğırdan, dəvədən
buğra, qoyundan qoç öldürgil!”
(D-145); “..gördü kim, oğru köpəki
yekə dana evini bir-birinə qatmış...”
(D-810); “Bir buğa öldürmiş, sənin
oğlun adı, Buğac olsun” (D-186); “Ala
başlı keçimcə gəlməz mana; Hey ana!
Ərəbi atlar olan yerdə; Bir qulunı olmazmı
olur?; Qızıl dəvələr olan yerdə;
Bir köşəgi olmazmı olur? Ağca qoyunlar
olan yerdə; Bir quzıcığı olmazmı
olur?” (D-5410); “Qara donuz damında
yatur degil!” (D-1443); “Toğlıcıqlar,
dövlətim saqar qoç, gəl keç! dedi”
(D-2279); “...Bayındır xanın... bir dəxi
buğrası vardı” (D-159). KDQ-də işlənən ən maraqlı dil vahidlərindən biri sığır leksemidir: “...gördi kim, oğrı köpək, yekə dana evini bir-birinə qatmış, tavuq komasına, sığır damına dönmiş” (D-810). Q.Vamberi inək mənasında işlənən sığır sözünü sağ-felinin indiki zamanı ilə əlaqələndirir. A.M.Şerbak da onun bu fikrini qəbul edir. Tarixən də inək mənasında işlənmiş sığır sözü müasir türk dillərindən türkmən (cifip), qaqauz (cip), uyğur (cijip), qazax, qaraim, qaraqalpaq, qumuq, noğay, tatar (cijip), başqırd (hijip) dillərində də eyni mənanı daşıyır. Türk dilində sığır sözü üç mənada işlənir: buğa, öküz, inək. Maraqlıdır ki, iri-buynuzlu mal-qaraya da türk dilində siğir deyilir. Qaraim dilində öküz və inək sözləri sözün ortasındakı samitin dəyişilməsi vasitəsi ilə fərqləndirilir: cifip “öküz” cijip “inək”. Dialekt və şivələrimizdə sığır sözü müxtəlif mənalar daşıyır. Şəki dialektində sığır sözü “naxır” sözünün sinonimi kimi işlənir. Azərbaycan dilinin bir çox başqa dialekt və şivələrində sığır inəyə deyirlər. Şəki dialektində sığır sözündən sığırçı sözü də yaranmışdır və bu, naxırçı sözü ilə paralel şəkildə işlənir. Sığırçı sözü burada yalnız inək otaran deyil, bütün iribuynuzlu malları (inək, camış, öküz, buğa) otaran məfhumunu daşıyır. Eyni xüsusiyyət Qax rayonu şivələrində də özünü göstərir. İsmayıllı, Yardımlı və Cəlilabad rayonları şivələrində isə sığır sözü yalnız inək mənasında qeydə alınmışdır. Q.Bağırov Ermənistan SSR-in Sisyan rayonunun Azərbaycan şivələrində sığır sözünün qaramal mənasında işləndiyini verir. Cümlədən isə həmin sözün naxır mənasında işləndiyi görünür: “Sığır gələn vədədə ona iras gəldim”. Qazax dialektində sığır sözünə sığırbuğa “iki yaşlı camış düyəsi”, sığır damı “mal tövləsi”, sığır sidiyi “çiçəyinin rəngi qaramalın sidiyinin rənginə oxşayan bitki”, sığırxana “qaramal saxlanan yataq”, sığırçı “naxırçı” kimi mürəkkəb və düzəltmə sözlərin tərkibində təsadüf olunur. Dialekt və şivələrin qərb qrupunda sığırboğan “üçyaşar camış balası” leksemi də işlənir. Ermənistanın Qafan rayonunun Azərbaycan şivələrində sığır sözünün “meşədə yaşayan vəşhi heyvan” mənası daşıdığı göstərilmişdir. Yəqin ki, həmin vəhşi heyvan ya maral, ya da vəhşi öküzdür. Türk dillərində “vəhşi öküz” mənasında saçli cifip, türkmən dilində isə “maral” mənasında dere çifipi leksemlərinə rast gəlinir. Kürdəmir rayonunda sığır sözü ilə bağlı Sığırlı yaşayış məntəqəsi adı da vardır. KDQ-də bədəvi “köhlən, sağlam, qaçağan at” sözü həm isim, həm də sifət kimi işlənmişdir: Bədəvi atlar issini görüb oğradıqda” (D-114); “Göy bədəvisin tutdırdı, Qazan bəgin qarındaşı Qaragünə bindi”. (D-378) Dastandakı alaca sözü Şəmkir rayonu
şivələrindəki alaşa “zəif, arıq at”
lekseminə uyğun gəlir: “Altındagı alaca
atın nə ögərsin? Ala başlu keçimcə
gəlməz mana!” (D-411). Materiallardan göründüyü kimi,
KDQ-də maldarlıqla bağlı zəngin sözlər
vardır ki, bunların araşdırılması təkcə
dialektologiya yox, dil tarixi baxımından
da maraq doğurur. Ağayev Ə. Azərbaycan dilinin Cəlilabad rayonu şivəsi (nam. diss.). – B., 1975. Azərbaycan dilinin qərb qrupu dialekt və şivələri. – B., 1967. Azərbaycan dilinin dialektoloji lüğəti. – B., 1964. Azərbaycan dilinin izahlı lüğəti. – B., 1964, I cild. Azərbaycan dilinin izahlı lüğəti. – B., 1980, II cild. Azərbaycan SSR inzibati-ərazi bölgüsü. – B., 1961. Bağırov Q. Ermənistan SSR Sisyan rayonu azəri şivələri (nam. diss.). – B., 1966. İslamov M. Azərbaycan dilinin Nuxa dialekti. – B., 1968. KDQ. – B., 1962. Mollazadə S. Azərbaycan SSR-in Qazax rayonu şivələri (nam. diss.). – B., 1966. Hacıyev İ. İsmayıllı rayonunun şivələri (nam. diss.). – B., 1948. Həmzəyev T. Azərbaycan dialektologiyasına aid materiallar. – B., 1983. Cəfərli Ə. Azərbaycan dilinin Qazax dialekti (nam. diss.). – B., 1961. Древнетюркский словарь. – Л., 1969. Турецко-русский словарь. – М., 1977. Хасиев З. Термины животноводства в западной группе диалектов и говоров азербайджанского языка. – АКД. Б., 1976. Щербак А. Названия домашних и
диких животных в тюркских языках. – Истори
ческое развитие лексики тюркских
языков. М., 1961, с.82-172. |