T
“TƏVARİXİ-CƏDİDİ-MİRATİCAHAN”
“TƏVARİXİ-CƏDİDİ-MİRATİCAHAN” – Bayburtlu Osmanın III Murad (1574-1595) dövründə qədim bir “Dədə Qorqud oğuznaməsinə” əsaslanaraq yazdığı əsər. Əsərin “Bayandır xan” bölməsində KDQ-də təsvir olunan oğuzlarla bağlı belə məlumat verir: “Bəhrül-ənsab” qövmüncə yuxarıda zikr olunan Gög Alp xanın haçanki əcəli yetişib dünyadan köçdü, oğullarından Kaudur xan, Turmuş xan məmləkətlərini qisim edib (bölüb), hər biri bir vilayətdə xan oldu. Qardaşları Bayandur xan taallikatı ilə Xorasandan Aniyə Qarsa gəldilər. Gürcüstan kafirləri ilə müharibə edib Tiflisi aldılar, ondan sonra Dəmirqapıya gəlib, Kustasek Məliyi mühasirə edib, başını kəsdilər. Ol tarixdə İsa əleyhissalam göyə çıxıb, bizim peyğəmbərimizdən nişan gətirdi. Onlar din məzhəb bilməzdilər, amma haqqa inamları vardı. Oğuz tayfası idilər, Qazan Bayandur xanın vəziri idi. Aralarında Taş Oğuz, İç Oğuz bəyləri anılırdı. İç Oğuz bəylərinə – Qazan xan, Budaq bəy, Yeğen bəy, Şəmsəddin bəy, Beyrək bəy, Qaraqonuq bəy deyirdilər. Taş Oğuz bəylərinə – Dundar bəy, Emen bəy, Avşar bəy, Dügər bəy, Rüstəm bəy, bunlara Taş Oğuz bəyləri deyirlərdi. Cəmi doxsan min əsgər idi. Dədə Qorqud şeyxləri idi. Min bəylərinin ulusuna Qazan xan deyirdilər. Əlli səkkiz səlcuqun ulusuna Dondar bəy deyirdilər. Min büğdüzün ulusuna Emen bəy deyirdilər. Altmış kirkil saqqallı qocanın ulusuna Uruz Qoca, otuz çobanın ulusuna Qaracuq çoban deyirdilər. Oğuz qövmincə bunlar bir tayfa idi, Bayandur xanın əsgəri idi. Bizim peyğəmbərimiz dünyaya gəl məzdən əvvəl bunlar qırx il Gürcüstan kafirləri ilə cəng-cidal edib, doqquz tümən Gürcüstan bəylərindən xərac aldılar. Nə zamankı kainatın sərvəri Məhəmməd Mustafa (səllallahu əleyhi və səlləm) dünyaya gəldi, Məkkədə zühur etdi, Bayandur xan Rəsulullah (səllallahu əleyhi və səlləm) əfəndimizi vaqiəsində görüb iman gətirdi. Qazan xan Dondar bəy Kəbeyi-şərifə Rəsul əleyhissəlamın hüzuruna göndərib ümmət olduğunu bildirdi. Qazan xan bu bəylərlə Kəbəyə gəlib Rəsulullahla görüşdülər. Rəsulullah məsciddə oturmuşdu,
bunları gördü. Bir əcayib uzun tayfa idi
ki, saqqalları qırxılmamış, bığları alınmamış,
dırnaqları kəsilməmişdi. Rəsulullah
onları görən kimi divara sıxıldı,
“Mehrab yeri ondan qalıb” – deyirlər.
Rəsulullah onlara iman arzu elədi, iman
gətirdilər. Salman Farsi (RəsulullahTaala)
onlara qoşuldu. Dəmirqapıya gəlib
onlara imani-islam və salatü-sövm
təlim etdi. Dədə Qorqudu içərilərində
şeyx tikdi. Sonra Bayandur xanın
övladlarından Uzun Həsən məmaliki
padşah olduğundan İslam dini əcəmdə
üstvar (yayıldı) oldu. Təbrizdə şam Qazan
ki, deyirdilər Qazan xanın oğlu Xudəbəndənin
qəbridir (məzarıdır). Təbrizdə
Cameyi-şərifləri vardır. Məşhur
qövm idi”. Hüseynqulu Məmmədli |