"Kitabi-Dədə Qorqud"

ENSİKLOPEDİYASI


 

 

Q

QAZAN XAN

QAZAN XAN – Ulaşoğlu Salur Qazan – Xanlar-xanı, Uruzun atası, Qaragünənin qardaşı. II,III,IX,XI boylarda iştirak edir.

Qazanzəmi – Cəbrayıl rayonu ərazisində, Qazangöl və Qazangöl düzü – Tovuz rayonu ərazisində yer adları; Qazanbulaq – Goranboy rayonu ərazisində kənd; Qazan qayası – Gürcüstan Respublikasının Faxralı kəndi ərazisində Gözəl dağının zirvəsində qaya; Qazangöl yaylası, Qazangöl aşırımı – Naxçıvan MR ərazisində yer adları; Qazangül – Zaqatala rayonu ərazisində kənd.