Q
QAYI
QAYI – 24 oğuz boyundan biri. M.Kaşğarlı, Rəşidəddin və Əbül Qazi Bahadır xan bu boyu ən qədim, köklü, 203 şərəfli döyüşkən boylardan biri kimi göstərir. KDQ-də belə xatırlanır: “Qorqut ata ayıtdı: “Axır zamanda xanlıq gerü – Qayıya dəgə, kimsənə əllərindən almaya axır zaman olub qiyamət qopunca”. Osmanlı xanədanlığı Qayı boyundan gəlir. IX-X yüzilliklərdə Oğuz Yabqu dövlətində qayılar hakim olmuşlar. Qaynaqlara görə, Qəznəvi hökmdarı Sultan Mahmud Qəznəvi bu boydandır. Qayı etnotoponimi Anadoluda geniş yayılıb. Ədəbiyyat: Sümer F. Oğuzlar (Türkmenler). 2 baskı, Ankara, 1980. |