Q
QAFİYƏ
QAFİYƏ – KDQ şerləri bütün əlamətlərilə qədim şerdir. Bu qədimliyi sübut edən digər xüsusiyyətlər sırasında şerlərin vəzn və qafiyə xüsusiyyətlərinin özünəməxsus mövqeyi vardır. Tədqiqatçılar bu şeirlərin qədimliyindən danışarkən diqqəti ilk növbədə bu şerlərin vəzninə yönəltmiş, vəzn baxımından “Divani-lüğət-it türk” əsərində olan şerlərlə müqayisə edərək KDQ şerlərinin daha qədim olduğunu sübuta çalışmışlar. KDQ şeirlərinin qədimliyini sübut edən əsas əlamətlərdən biri də bu şerlərin vəznidir. Lakin bu şerlərin vəzninə də iki münasibət mövcuddur. Bəzi mütəxəssislər KDQ şerlərinin qədimliyi, oradakı vəzn sərbəstliyi – misralardakı hecaların sayı baxımından müxtəlif olması, bu şerlərin mahnı mətni olması, bəzən qopuzun müşayiətində ifa edilməsilə, eləcə də burada nəsr və şer sərhədlərinin hələ tam ayrılmamasını, ritm yaradan vasitələrin – intonasiyanın müxtəlifliyi, alliterasiya, assonansın mühüm rol oynaması, misralarda hecaların eyni saylı olması ilə əlaqələndirir. İltisaqi quruluşlu türk dilləri özlüyündə eyni psixoloji məqamlarda müəyyən qrammatik paralelizmlər yaradır ki, bu da qafiyənin əsasında duran ən mühüm keyfiyyətdir. Bu mənada KDQ şerlərinin qafiyə quruluşunda qrammatik parallelizmdən müəyyən səs uyğunluqlarına – qafiyəyə keçidə bir addım qalır. KDQ boylarında həm qrammatik paralelizmlərin yaratdığı müxtəlif səs uyğunluqlarına, həm də, ibtidai şəkildə də olsa, müxtəlif qafiyə elementlərinə rast gəlinir. “Qarşu yatan Ala dağdan
Yaxud: və yaxud:
Bu parçalarda qrammatik paralelizmlə yanaşı, artıq ilk qafiyə elementləri də var. Amma “sayradıqda”, “banladıqda” sözlərində qafiyə elementləri hələ özünü zəif şəkildə, “durayınmı”, “tutayınmı”, “salayınmı”, “alayınmı” qafiyələrində, şer parçasında isə tam dolğun qafiyələrdə özünü göstərir. Bütün bu faktlar isə bir daha KDQ şerlərində də qafiyənin mənşə etibarilə qrammatik paralelizmdən doğduğunu sübut edir. KDQ şeirlərində olan qafiyə kəlmələrində qafiyələr ən çoxu iki və bəzi hallarda isə üç hərfdən ibarətdir. Mahmud Kaşqarlının əsərində isə qafiyə kəlmələrində qafiyələnmiş hərflərin sayı üçə-dördə, bəzən hətta beşə çatır. Bu isə KDQ dastanlarının da nə qədər qədim olduğunu göstərir. Çünki “Divani lüğət-it-türk” əsərində qafiyə hərflərinin sayı baxımından olan zənginlik hələ KDQ qafiyələrində yoxdur. Bu da tamamilə təbiidir. Çünki üçhərfli, bir hecalı köklərin hələ aparıcı rol oynadığı dövrlərin mənzərəsini özündə əks etdirir. Bu baxımdan KDQ dastan193 larının qafiyə kəlmələrində qafiyə hərflərinin sayının “Divan”da olan qafiyə kəlmələrindəki qafiyə hərflərinin sayından az olmasının səbəbi tamamilə təbii görünür. Məsələn, ağlarsan-dağlarsan, dizin olmuş – gözün olmuş, buz kibi-tuz kibi, dağlarımız olur-bağlarımız olur və s. Bu sözlərin qafiyələnən hərfləri ikidən çox deyil: ağ: iz-əz: uz: ağ. “Divan”da isə daha zəngin qafiyələrə rast gəlinir. Burada, eyni zamanda qafiyələnmiş hərflərin sayı da KDQ dastanlarında qafiyələnmiş hərflərin saylarından daha artıqdır. Məsələn, qaçar-kaçar-saçar-açar və s. “Lüğət”ə daxil olan şer parçaları yazıya alınmazdan da bir-iki əsr qabaq xalq içində şifahi şəkildə mövcud olmuşdur. KDQ-də olan şer parçaları isə bu şerlərdən daha da qədimdir. Tərlan Quliyev |