ORFOQRAFİYA – KDQ-nin orfoqrafik
sistemi Drezden və Vatikan əlyazmalarındakı
imla xüsusiyyətlərinin
vəhdəti kimi təsəvvür olunur. Lakin
qədim olan Drezden nüsxəsi əsasən hərəkəsiz,
Vatikan nüsxəsi isə hərəkəli
nəsxlədir. Hər iki nüsxədəki eyni söz
və şəkilçilərin yazılışında eyniyyət və
ya uyğunluqla yanaşı, fərqlər də mövcuddur.
Bununla belə, KDQ-nin orfoqrafiyası
“ərəb imla üsulu”nun normalarını
əks etdirir. Ona görə də, birinci
növbədə, Drezden nüsxəsinə istinadən
ərəb hərflərinin fonoqrafik səciyyəsini
(yəni hər hansı hərfin hansı fonemi və
ya fonemləri əks etdirdiyini) aydınlaşdırmaqla
dastanların imla xüsusiyyətləri
haqqında təsəvvür yaratmaq mümkündür.
İstisnalar nəzərə alınmazsa, D. və
V. nüsxələrində ərəb və fars sözlərinin
yazılışı mənbə dillərdəki imla normalarına
uyğundur. Türk sözlərinin yazılışında
isə spesifik məqamlar vardır; bir
sıra sözlərdə sait və samitlərin qrafemoloci
ifadəsi bəzi hərflərin sinkretizmini,
həmçinin nəsx xəttindən nəstəliqə
keçid mərhələsini (XV əsr) təmsil
edir. Saitlər aşağıdakı şəkildə ifadə olunur:
a– sözün hər yerində “əlif”lə, həm
də söz əvvəlində çox zaman “mədd”
işarəsi işlənmədən; məs.: ata, bağ, mana.
Söz sonunda (şəkilçilərdə) “hayihəvvəz”
də “a” oxunur; məs.: alaca,
çağda, yanına. Söz ortasında “a” saitinin
yazılmadığı hallar da vardır: q(a)rğu,
q(a)rşu. ə – söz əvvəlində “əlif”lədir.
(V.n.-ə “fəthə”li), söz ortasında yazılmır,
sonda “hayi-həvvəz”lə (V.n.-də
“fəthə” ilə) verilir; ərd(ə)m, d(ə)də,
d(ə)və, dügmə, e- əvvəldə “əlif”lə
(V.n.-də “fəthə”li), söz ortasında ya
yazılmır (V.n.-də “kəsrə” ilə), ya “ye”
hərfi ilə ifadə olunur; eyni vəziyyət söz
sonunda təkrar olunur: gec, gerçək, de.
“I” saiti əvvəldə “əlif”, sonda “ye” ilə,
söz ortasında (xüsusən şəkilçi tərkibində)
əsasən buraxılır (V.n.-də isə kəsrə
ilə göstərilir): ılqı, arı, q(ı)m(ı)z, alq(ı)ş,
baş(ı)m, çal(ı)ndı. “İ” saiti əvvəldə
“əlif” (V.n.-də “kəsrə”li) və ya
“əlif+ye” ilə, sonda “ye” hərfi ilə ifadə
olunur; D.n.-də söz ortasında çox zaman
yazılmır (V.n.-də “kəsrə” ilə): imdi,
incə, d(i)lək, b(i)r, k(i)msə, y(i)gid,
mən(i)m, diləd(i)m.
Dodaqlanan saitlər söz əvvəlində
“əlif+vav”la (V.n.-də “zəmmə” qoyu276
lur), söz ortasında və sonunda “vav”la
ifadə olunur (“o” və “ö” sonda işlənmir);
dodaqlanan saitlərin də söz ortasında
yazılmadığına çox təsadüf edilir.
Məs.: ot, oğul, uzun, üzərinə, D(o)mrul,
qop(u)z, y(u)mr(u)q, öl(ü)mlü, t(o)puğında.
“Oğuz”, “oğul”, “us” və “Uruz”
sözləri bir neçə yerdə ancaq “əlif”lə
yazılmışdır.
Sözlərin samit tərkibinin ifadəsi
baxımından aşağıdakı xüsusiyyətlərini
qeyd etmək olar: 1. k, g və n (sağır nun)
səsləri sözün hər yerində “kaf” hərfi ilə
ifadə olunur (bəzən söz sonunda “kaf”
hərfi “kəşidə”siz, lakin “həmzə”lidir).
Həmin səslərin fonem məzmunu ancaq
sözün mənasına əsasən müəyyənləşir.
Məs: kül, səksən, köşək; gödək, kölgə,
yeg; sonra, könlək, ün. Bəzi ikihecalı
sözlərin sonundakı “kaf”ın k, yoxsa g
olduğunu dəqiq söyləmək çətindir.
KDQ dilinin fonetik tərkibində prof.
Ə.Dəmirçizadənin “sağır nun” səsinin
prototipi – “ibtidai əsli” adlandırdığı
qovuşuq burun-boğaz səsi “qünnəli q”
yoxdur. Dastanların dilində “nq” qovuşuq
samitinin “varlığını” iki sözə istinadən
düşünmək olar: bunlardan birincisi
“qaranlıq” məfhumunu bildirən, əsasən,
iki variantda yazılan sözdür; bu söz
həm “nun”dan sonra gələn “kaf”la
(D.n., səh.48, 57, 137, 140, 145, 157,
222, 223, 231, 243, 247, 257, 263, 272,
284) yazılıb; bu halda birləşdirici “n”-
dan sonra “sağır nun” gəlir və “qarannu”
oxunur, həm ancaq “kaf”la yazılıb
(D.n. səh.24, 42, 64, 136, 268, 269)
“qaranu” oxunmalıdır; nəhayət, “nun”-
dan sonra “qaf” gələn variantdır (D.
nüsxəsi, səh. 40, 45, 46, 47), bu variantda
“qaranqu” kimi oxunur. Həmin söz
“qaranlıq” söz formasının arxetipidir,
söz kökü “n” birləşdiricisi və ad
düzəldən “-qu” şəkilçisindən ibarətdir.
Digər bir söz isə “əks-səda” mənasında
işlənmiş “yangu”dur (D., səh.227); bu
söz də “yan” sözünə -qu şəkilçisinin
fonetik variantının əlavə olunması ilə
düzəlmişdir.
2. Türk mənşəli birhecalı sözlərin
sonunda və bəzi ikihecalı sözlərin
ortasında işlənən dilarxası kipləşən q
səsi “qaf” hərfi ilə ifadə olunur; həmin
hərf bəzən “x” samitini də əks etdirir.
3. Ərəb dilində spesifik danışıq
səslərinin işarələri sayılan ərəb sözlərində
işlənərək mənbə dildəki məxrəclərdə
yaranan fonemləri ifadə etmişdir.
Lakin “ta” və “sad” hərfləri sistemli şəkildə
türk mənşəli kök morfemlərdə də
işlənmişdir; bu hərflər fonematik deyil,
ərəb imla üsuluna tabe tutularaq fonetik-
orfoqrafik vəzifə daşımışdır. Belə
ki, “ta” və “sad” hərfi ilə yazılan türk
sözlərinin kökündə incə sait təsəvvür
etmək mümkün deyil. Prof. Ə.Dəmir-
çizadə “t” samitinin “te” və “ta” ilə, “s”
samitinin “sin” və “sad”la verildiyini
qeyd etmiş, lakin bunun səbəbini – “ta”
və “sad” hərflərinin söz kökündə qalın
saitləri incələrdən ayırmağa xidmət
etdiyini aydınlaşdırmamışdır. Bu cəhət
KDQ orfoqrafiyasında diqqəti xüsusi
cəlb edir. Müasir Azərbaycan və türk
dillərində “d” səsi ilə başlanan 50-yə
qədər söz dastanlarda “ta” ilə yazılıb:
tağ, tağarcıq, tam, tamar, tana, tar, tarı,
taraq, taş, tatlu, tavşan, tırnaq, toğ, toğrı,
toqsan, toquz, tolu, tonuz, tut-, tutsaq,
tur-, toy, tuy-, toy-, tul, toqun- və s.
Göründüyü kimi, “ta”-dan sonra ancaq
qalın sait gəlir. Bu cəhətdən “te” ilə
yazılan sözlərə də diqqət yetirmək maraqlıdır:
təkə, təkür, təpəl, tik-, təndür,
tez, tök-, tümən, tükən-, tülü, türkmən,
təbər və s. “Tə”dən sonra incə sait
gəlməsi də qanunauyğunluq təşkil edir;
bir neçə sözdə “tə”dən sonra “əlif”
gəldikdə qalın sait (a) oxunur (məs.: tac,
tat, tatar və s.), bu da təbiidir; çünki
“əlif” söz ortasında ancaq “a”nı bildirir.
“D” hərfi ilə başlanan türk mənşəli söz
köklərinin incə sait tərkibli olması da
təsadüfi deyil.
Türk sözlərində “sad” hərfi də eyni
məqsədlə – sait qalınlığını nəzərə çarpdırmaq
üçün işlədilmişdir: saç, sağ,
sağış, sağrı, saqla-, sal-, sanc-, sapan,
saru, saruq, savaş, say, sayru, sığır, sın-,
sınuq, sıra, soğan, son, sol, soy, sonra,
sor-, su, suç, sun-, sunqur, souq; bas-,
qıs-, qısır və s. Lakin “sin” hərfi sözdə
incə sait tərkibini təmin etmişdir: seç-,
səgirt-, səksən, sən, səp- sər-, səs, sev,
sevinc, sil-, sinək, sinir, siz, sög-, söylə-,
söz, süd, süglük, sür-, süri, süsəgən və s.
Beləliklə, “ta” və “sad” hərflərinin türk
mənşəli sözlərdə nə üçün və necə işləndiyini
nəzərə almadan mətnin oxunuşu
tam düzgün hesab edilə bilməz.
4. Samit qoşalığını bildirən “təşdid”
işarəsi də ərəb dili imlasına uyğundur;
əlli, bəllü, dillü, issi, ussum,
bazlammac kimi türk sözləri “təşdid”lə
yazılmış, lakin yedi, səkiz, toquz sayları
“təşdid”siz yazıldığına görə, yəqin ki,
qoşa samitsiz olmuşdur.
Dastanların dilində bəzi ərəb və
fars sözlərinin türk dili fonetikasına uyğun
yazıldığı da müşahidə edilir. Məs.:
dünyə (əsli: dünya), qala (əsli: qal’a),
qada (əsli: qəza), imirzə (əsli: mirza),
Fatma (əsli: Fatimə), badya (əsli: badiyə),
heç (əsli: hiç), əlbətdə (əsli:
əlbəttə) və s.
KDQ mətnində şəkilçilərin böyük
əksəriyyəti ikivariantlıdır. Şəkilçilərin
əski Anadolu türkcəsinə uyğun olaraq
dodaqlanan sait tərkibli variantları üstünlük
təşkil edir (istisnalar da vardır).
Sözdüzəldici şəkilçilərin yazılışı
aşağıdakı kimidir:
1. İsim düzəldən – lıq şəkilçisi iki
cür yazılır: – lıq, – lik – qaftanlıq, yağılıq,
qullıq, xoşlıq, şişlik, günlik, dəlülik.
2. İsim düzəldən – çı şəkilçisi iki
variantdadır: – çı, -çi -avçı, ılqıçı, yolçı,
qapuçı, şahinçi.
3. Sifət düzəldən -lı şəkilçisi ancaq
dodaqlanan qapalı sait tərkiblidir: -lu, -
lü – oğullu, hallu, qızlu, yürəklü.
4. Sifət düzəldən – sız şəkilçisi ikivariantlıdır:
– suz, -süz – qulaqsuz,
ağılsuz, başsuz, dibsüz, dərnəksüz.
5. Sifət düzəldən -kı (-dakı) şəkil-
çisi sait və samit tərkibinə görə ikivariantlıdır:
-kı, -ki; – dağı, – dəki – yarınkı,
bugünki, altındağı, yanındağı, başundağı,
əgnündağı, eşikdəki.
6. Kiçiltmə, əzizləmə bildirən -cıq,
-cuğaz şəkilçisi ikivariantlıdır: -cuq, -
cük; -cuğaz, -cügəz – qaracuq, alıncuq,
oğlancuğ, dəpəcük, dizcük, gəlincük;
qızcuğaz, gözcügəz.
7. Adlardan fel düzəldən şəkilçilər
(-la, -al, -a, -ı, -ar) ikivariantlıdır: başla-,
oxla-, dişlə-, gözlə-; yaşa-, oyna-,
dilə-; bunal-, sağal-, yönəl-; darı-,
bərki-; ağar-, yaşar-, gögər-.
8. Feldən ad düzəldən şəkilçilər
(-ma, -ış, -ıq,-anaq) ikivariantlıdır:
qovma, soylama, yemə-içmə, dəpmə;
baqış, turış, səgirdiş; yanuq, sınuq, dəlük;
yığanaq, dəgənək.
Feldən atributiv isimlər düzəldən -
qın şəkilçisi samit tərkibinə görə üçvariantlıdır:
çapqun, daşqun, azğun, qırğun,
ötkün. Feldən isim düzəldən -ım
şəkilçisi isə müasir Azəbaycan dilindəki
kimi dördvariantlıdır: yayılım, kəsim,
geyim, toyum, ölüm.
Sözdəyişdirici (qrammatik) şəkilçilərin
imlasında da bir sıra xüsusiyyətlər
vardır: 1) II şəxs mənsubiyyət və şəxs
şəkilçiləri mütləq “sağır nun”la formalaşır.
2) III şəxs mənsubiyyət şəkilçisi
kökün dodaq ahənginə tabe olmur: yolı,
gözi, ulusı, dəlüsi. 3) Yiyəlik hal şəkil-
çisi də mütləq əlamət kimi “sağır
nun”la işlənir; əsasən bir cür yazılmış278
dır: -un, -ün, – qızun, Beyrəgün. 4)
Yönlük və yerlik hal şəkilçilərində sonda
gələn “hayi-həvvəz” əsas ifadə
vasitəsidir: atuma, əlümə; Qaraqucda,
burada, Dərvənddə. Şəxs əvəzliklərinin
təki yönlük halda istisna olaraq “əlif”lə
yazılıb; ona görə də “mana”, “sana”,
“ana” şəklində oxunur. 5) Çıxışlıq hal
şəkilçisində sait işarəsi yoxdur: atdanayğırdan,
qoyundan, dəvədən. 6) Məsdər
şəkilçiləri müasir dildəki variantlardan
başqa, “-max” şəklində də
yazılır: turmax, binmax. 7) Felin əmr
şəklində III şəxs sonluğu (tək) iki cür
oxunsa da, bir cür yazılmışdır: – sun, -
sün, -çıqsun, tursun, alsun, bilsün,
versün, gəlsün.
Burada xatırladılmayan leksik və
qrammatik şəkilçilərin yazılışı müasir
Azərbaycan dilinin fonetik-orfoqrafik
normaları ilə uyğunluq təşkil edir.
Samət Əlizadə |