“OĞUZNAMƏ”-4 (Rəşidəddin) –
Oğuznamələrin İslam variantı, tarixixronoloci
əsər.
Bizə məlum olan ilk yazılı, tarixixronoloci
Oğuznamə müəllifi Rəşidəddin
Fəzlullah Əbül Xeyr Həmədani
1247 ildə Həmədan şəhərində anadan
olmuşdur. Fəzlullah Rəşidəddin öz
dövrünün görkəmli tarixçisi, həkimi,
alimi və dövlət xadimi olmuşdur. O,
məşhur Elxani hökmdarlarından Qazan
xanın və onun oğlu Ölcaytunun vəziri
olmuşdur. Rəşidəddin Elxanilər dövlətində
keçirilən islahatlara kömək etmiş,
həmçinin Təbrizdə Rəşidiyyə memarlıq
kompleksinin tikilməsinə rəhbərlik
etmişdir.
Fəzlullah Rəşidəddinin tibb, fəlsəfə,
fiqh, təbiət elmlərinə həsr olunmuş çoxlu
elmi əsərləri vardır. Ancaq o, bütün
dünyada məhz tarixçi kimi tanınmışdır.
Onun tarixi əsərləri Elxanilər dövlətinin,
ona qonşu olan ölkələrin siyasi, iqtisadi,
mədəni və ictimai tarixini öyrənməkdə
əvəzedilməz mənbədir. Elxani hökmdarı
Ölcaytunun ölümündə günahlandırılan
Rəşidəddin 1318 ildə Təbriz şəhərində
edam edilmişdir.
XIII-XIV yüzilliklərin oğuzçuluq
hərəkatı, həmçinin sosial-iqtisadi
vəziyyət Elxanilər dövlətində türk
şəcərəsinə marağı daha da artırdı.
Monqol dilini unudub türkcə danışan,
özlərini eyni atanın övladları hesab
edən Elxani sultanları öz soyköklərinin
geniş tarixini yazdırmaq qərarına
gəldilər. Təbii ki, türk dövlətlərində
olduğu kimi, Elxanilər də ənənəyə
söykənən tarix yazdırmaq istəyirdilər.
Elxani hökmdarı Mahmud Qazan xan
(1295-1304) bu işi sarayın həkimi və
vəziri Fəzlullah Rəşidəddinə tapşırdı.
Bu işə təqribən 1300, yaxud 1301 ildə
başlayan Rəşidəddin çoxcildli “jami
ət-təvarix” adlı əsərini 1310 ildə
tamamlayıb Ölcaytu xana (1304-1317)
təhvil verdi.
“Cami ət-təvarix” əsərinin bütün
hissələri bizə qədər gəlib çatmamışdır.
Bu mükəmməl tarix əsəri üç cilddən
ibarətdir. Birinci cildə giriş, türk və
monqol tayfalarının geneologiyası
(şəcərələri) və Çingiz xanın tarixi
daxildir. İkinci cilddə Uqedeydən
başlayan monqol xanlarının tarixi
verilmişdir. Üçüncü cild Hülakunun
qurduğu Elxanilər dövlətinin tarixinə
həsr olunub.
Elm aləmində Oğuznamə adı ilə
tanınan hissə məhz birinci cilddə
verilmişdir.
Rəşidəddinin tarixi Nuh peyğəmbərdən
başlayıb 1304 ilin hadisələrinə
qədər böyük bir dövrü əhatə edir.
Əsərin birinci cildi şifahi mənbələrə
əsaslandığından etnoqonik mifləri,
rəvayətləri, dastan elementlərini tarixi
hadisələrlə çulğaşmış şəkildə təqdim
edir. Oğuz dastan elementi oğuz şəcərəsində,
oğuz tarixi oğuz əfsanələrində
verildiyindən Rəşidəddinin Oğuznaməsi
spesifik cəhətlərə malikdir. Əsl
adı “Oğuz, onun soyunun və türk sultanlarının
zikri” adlandırılan Oğuznamə
variantında Rəşidəddin türk və monqol
ağsaqqallarından eşitdiyi əhvalatları da
qələmə almışdır. Bununla yanaşı, onun
əlinin altında yazılı qaynaqlar da
olmuşdur. Bu qaynaqlardan bir qismi
türkcə olmuşdur. Bunu Oğuznamənin
qalmış “tac”, “kenqəş”, “yurt”, “yurt-
çu”, “yaylaq”, “yağı”, “il” sözləri,
həmçinin mətndə türkcə getmiş şəxs və
coğrafi adlar da sübut edir. Həm də Rəşidəddin
oğuznaməsində epik ənənədən
gələn çoxlu motivlər, klişelər vardır
ki, bunların əksəriyyəti sonrakı
Oğuznamələrdə təkrarlanmır. Digər tərəfdən,
onun bütün Oğuznamə nüsxələrindən
yararlandığını demək də olmaz.
Belə ki, əd-Dəvadarinin haqqında
məlumat verdiyi Oğuznamədən Rəşidəddinin
xəbəri yox imiş. Bunu
aparılan tarixi-filoloci müqayisələr də
göstərir.
Rəşidəddin özündən əvvəlki və
sonrakı tarixçilərdən fərqli olaraq türkləri
Yafəs (yaxud Yafət) oğlu Türkün
nəsli kimi yox, Olcay nəsli kimi qələmə
verir. Onun Oğuznaməsində türklər
Nuhun oğlu Olcay xanın (Rəşidəddinə
görə türklər Yafəsə Olcay deyirdilər)
oğlu Dib Yavku xanın dörd oğlundan
törəyiblər. Çox qısa olan bu mifoloci
şəcərədə türklərlə monqolların müştərək
babaları olan Tatar və Monqola
qədərki hökmdarlarının adları çəkilir.
Ancaq orta əsr tarixçiləri bu və ya digər
hadisənin təsvirində, izahında “jami
ət-təvarix”dən həmişə mötəbər mənbə
kimi istifadə etmişlər.

Orxon-Yenisey kitabələrində Üç
Oğuz, Altı Oğuz adı ilə xatırlanan oğuzların
daha qədim və nisbətən düzgün tarixini
Rəşidəddin vermişdir.
Rəşidəddin
oğuzların tarix səhnəsinə çıxmalarını,
dövlət qurmalarını, başqa xalqlara münasibətini
ümumdünya tarixi kontekstində
təqdim edir. O həmçinin şifahi və
yazılı qaynaqlarla yanaşı, “Oğuz kağan”
dastanından da xəbərdar olmuşdur. Bunu
Oğuz xanın hərbi yürüşləri, yay-ox
əhvalatı, Dədə Qorqud oğuznamələrində
verilən Bayındır, Qazan, Qorqudla
bağlı əhvalatlar da təsdiqləyir.
“jami ət-təvarix” əsərində Dədə Qorqud
qəhrəmanlarından təqribən on birinin
adı çəkilir, bu və ya digər dərəcədə
uyğun tarixi hadisələr nəql olunur.
Rəşidəddin oğuznaməsi giriş və on
səkkiz fəsli əhatə edir. Burada bir çox
əfsanəvi, mifoloci hadisələrlə yanaşı,
real tarix də əks olunmuşdur. Məsələn,
birinci fəsil “Oğuzun atası, əmiləri, qohumları
və yaxınları ilə döyüşü, onun
düşmənləri üzərində qələbəsi” adlanır
və Oğuzun İslam dini uğrunda atasını
öldürməsi, tayfasını müsəlman etməsindən
danışılır. İkinci fəsildə artıq
Skif-Saka dövrünün məlumatları saxlanılıb.
Burada İnal Yabqu zamanından
qabaqkı xanlar haqqında verilən informasiya
da tarixi kökə malikdir. Oğuzun
Ön Asiyanı alıb öz yurduna qatması
sakaların e.ə. VII yüzillikdəki Ön Asiya
fütuhatından başqa bir şey deyildir.
Oğuznamənin Rəşidəddin variantında
oğuzlar Çindən, Mancuriyadan Misirə
qədər böyük bir ərazidə dövlət quran
tayfa kimi təriflənir. Eyni zamanda
türklərin e.ə. VII-V yüzilliklərdə Monqolustanda,
Qafqazda, Dəmavənddə və
Ön Asiyada dövlət qurmaları tarixi
sənədlərlə təsdiqlənir.
Rəşidəddinin tarixində eramızın V
yüzilliyindən İranda yaşayan bayındırlar,
X əsrdə gəlib onlara qoşulan salorlar,
xalaclar və onların yerdəyişmələri
real həqiqətə uyğun şəkildə verilmişdir.
Oğuzların Çinlə münasibətləri
də tarixi faktlarla təsbit olunur.
Oğuznamədə
Hun dövründəki türk fütuhatı
da Oğuz xanın adına bağlanır. Bununla
yanaşı, orta çağda baş vermiş tarixi
hadisələr də Oğuz xanın adı ilə
bağlanır. Məsələn, Səlcuqların xaç
yürüşünün qarşısını almaları, Avropa
mənasında işlədilən “firəng”lərə
münasibət buna misal ola bilər.
Oğuznaməni tarixi mənbə kimi
öyrənən alimlərdən E.Bloşe, V.Bartold,
A.Bernştam, Z.V.Toğan və b. Rəşidəddinin
reallıqla əfsanəni, tarixlə mifologiyanı
çarpazlaşdırdığını qeyd edirlər
və daha çox tarixi məqamlara diqqət
verməyə çalışırlar. Rəşidəddinin verdiyi
tarixi məlumatlar yunan, roma, ərəb,
fars və gürcü dilli mənbələrin verdiyi
məlumatlarla tutuşdurulduqda çoxlu
üst-üstə düşən yerlər aşkarlanır.
Rəşidəddinin “jame ət-təvarix”
əsərində “Quran”dan gətirilmiş ayələr,
“Şahnamə”dən verilmiş şer parçaları,
nəhayət, təhkiyə tərzi bu əsəri tarixi
əsərlə yanaşı folklor nümunəsi kimi də
öyrənməyə əsas verir. Dilindəki obrazlılıq,
fars nəsrinə xas uzunçuluq da
Oğuznamədə hiss olunur.
Fəzlullah Rəşidəddinin İstanbulda
Topqapı kitabxanasında saxlanılan
Oğuznaməsində hər vərəqdə 31 sətir
verilmişdir. Bu əlyazma və “jame əttəvarix”
əsərinin başqa əlyazma nüsxələri
dəfələrlə nəşr olunmuş və müxtəlif
aspektlərdən tədqiqata cəlb olunmuşdur.
Ancaq bu əsərin ilk tərcüməçisi və
naşiri fransız şərqşünası M.Katremerdir.
Məhz onun tərcüməsindən sonra
türklərə, xüsusən də oğuzlara maraq
artmağa başladı. Sonradan “jame əttəvarix”
əsərini İ.N.Berezin, E.Bloşe,
K.Con və b. tərcümə və nəşr etmişlər.
Bu əsər tam şəkildə 1946-1960 illərdə
nəşr olunmuşdur. Rəşidəddinin Oğuznamə
əsəri isə Türkiyədə Z.V.Toğanın
tərcüməsində və tədqiqində 1972 ildə
çapdan çıxmışdır. Azərbaycanda Oğuznamə
1992 ildə tərcümə və nəşr edilmişdir
(R.M.Şükürovanın tərcüməsi).
|