İ
İSLAM DİNİ
İSLAM DİNİ – KDQ yazıya alındığı vaxt ona İslam dini elementləri gətirilmişdir. Bunu hətta Qorqudun “Dədə” ünvanı daşıması da təsdiqləyir. KDQnin ikinci formalaşma dövrü İslam mədəniyyəti vaxtına düşür. Dədə Qorqudun peyğəmbər zamanına yaxın tarix səhnəsinə daxil olmasını xəbər verən müqəddimədə İslami ünsürlərin bol olacağı bildirilir. Qaynaqlarda Qorqud Atanın “Məhəmməd peyğəmbərin yaxın dostu, ondan dərs alan və üç yüz il ondan sonraya qədər yaşayan səhabə, şirvanlıların təqdim etdikləri sultan, həm də Məhəmməd tərəfindən Dəmirqapı Dərbəndə göndərilmiş Salmani-farsinin təyin etdiyi Şeyx” olması xəbəri də vardır (M.Təhmasib. Azərbaycan xalq dastanları. B., Elm, 1972). Fuad Köprülü “Türk ədəbiyyatında ilk mütəsəvviflər” kitabında yazır ki, Qorqud Ata Məhəmməd peyğəmbərdən sonra miladi 632-634 illərdə Ərəbistana gəlmiş, xəlifə Əbubəkrlə görüşmüş və İslam dinini qəbul etmişdir. Əgər bu deyilənlərin doğruluğuna inansaq, deməli Qorqut Ata elə əslində Həzrəti-Əkrəmlə bir vaxtda, bir dövrdə yaşamışdır. Ərəbistana gedənə qədər də oğuzlar adına “Oğuznamə”lər qoşub düzən Qorqud Ata islam dinini qəbul etdikdən sonra artıq şaman-ozan yox, dərviş-ozan olaraq fəaliyyətini davam etdirir. KDQ-də çox nadir hallarda “yağı”, “düşmən” sözlərinə tuş gəlmək mümkündür. Burada daha çox “asi”, “kafir” deyimləri işlənilir. Bu kafirlər də daha çox ya xristian, ya da bütpərəstlərdir. Odur ki, müsəlman oğuzlar vuruşduqları kafir oğuzların xristianlığına məxsus kilsələrini uçurub yerində məscid yapırlar. Yenə də elə bu boyda kafirləri üstələyən Oğuz bəyləri onların kilsələrini dağıdıb yerində məscid tikirlər. Abidənin “Salur Qazan tutsaq olub oğlı Uruz çıqardığı boyu”nda Qazan deyir: “Kəlisasın yıqub məscid tikirlər. Abidədə bütpərəstliyə də işarələr vardır. Yaxud, “Bəkil oğlı Əmranın boyu”nda Əmran kafirlə qarşılaşır. Kafirin qat-qat güclü olduğunu duyan bu igid “ucalardan uca Tanrıya” üz tutub ondan mədəd diləyir: “Kafir aydır: “Oğlan, alındunsa, Tanrınamı yalvarursan? Sənün bir Tanrın varsa, mənim yetmiş iki bütxanam var” – dedi” (D-25110). KDQ-ni oxuduqca burada Allahın “Qadir” adının daha tez-tez deyildiyi müşahidə olunur: “Qadir” Tanrıdan hacət dilədi”, “Ya Qadir Allah, birligin, varlığın, haqqıyçun (D-1567), “Qadir qorsa, yapam-yıqam” (D-1769), “Qadir qorsa, başın kəsəyim” (D-17611), “Qadir Tanrı yol vermiş” (D-25713). Allahın “Cabbar” (Mütləq qalib), “Səttar” (Eyibləri örtən, eyibləri gizlədən) adları da KDQ-də keçir: “Daim duran Cabbar Tanrı,
“Bütün varlığın mütləq hakimi və sahibi” mə’nasında olan Allahın KDQdəki “Qəhhar” adı da “Qur’an”dan gö177 türülmüşdür (“İbrahim surəsi”, ayə 48; “Yusif surəsi”, ayə 39). “Qanlı qoca oğlı Qanturalı boyu”nda Qanturalı Selcan xatunu yalnız bir şərtlə alıb apara bilər ki, qağan aslana, qara buğa və qara buğraya üstün gələ bilsin. Bu vuruşda ümidini Allaha bağlayan Qanturalı belə deyir: “Yaradan Qadir Tanrıya sığundum” (D-1884). Buradakı “Qadir” Allahın hər işdən xəbərdar olmasını bildirən adıdır ki, “Qurani-Kərim”in surələrində (“ƏlBəqarə”, ayə 263, 276; “Ali-İmran”, ayə 97; “Ən-Nisa”, ayə 135; “ƏlƏn’an”, ayə 133; “Yunus”, ayə 68; “Əl-Ənkəbut”; ayə 6; “Loğman”, ayə 12, 16; “Əl-Mumtəhinə”, ayə 6 və s.) məhz elə bu addan söz gedir. Abidədə “Quran”dakı Allaha məxsus “Əhəd”, “Səməd” adları da vardır. KDQ-də “Hecasınlayın düz oqunsa, yasin görkli” (D-61) ifadəsində “Quran”ın yanlış oxunması bağışlanmaz günahlar sırasında sayılır. Deməli, oğuzlular bundan xəbərdar olduqları üçün həmin şərti bir tələb olaraq qoyurlar. İslamda müsəlmanlar üçün Allahdan sonra ən müqəddəs varlıq – Məhəmməd Peyğəmbərdir. Allah-Taala bütün peyğəmbərlərə onların öz adları ilə xitab etdiyi halda, İslam dinini yer üzündə yaradan olaraq göndərdiyi həzrəti Məhəmmədə “Həbibim” (sevgilim), – deyə müraciət etmişdir. KDQ-də oğuzlar da İslamı qəbul edib Rəsuləleyhissəlama iman gətirdikləri üçündür ki, bütün əməllərində Allahdan sonra məhz bu müqəddəs şəxsə arxalanırlar. Abidənin on iki boyundan on birinin sonunda dualar “Günahınuzı Məhəmməd Mustafa yüzi suyına bağışlasun” (D-27111) “Günahınızı adı görklü Məhəmməd Mustafa hörmətinə bağışlasun! (D-2916) və s. şəkildə bitir. Oğuz igidləri kafirlərlə vuruşda islami ayinlər icra edir və çox vaxt Peyğəmbəri xatırlayır, adına salavat söyləyirlər (D-634, D-18210). Salavat isə Allaha peyğəmbər üçün müraciət olunan dualar sırasındadır. Salavatla yanaşı, boyların sonlarındakı dualarda “amin”də tez-tez təkrar olunur. Dədə Qorqudun Allahın ən uca adına, yəni “İsmi-əzəm” oxuması, kəramət göstərməsi (Dəli Qarcarın əlini havada asılı saxlaması) İslamın abidəyə təsirindən xəbər verir. Oğuzların vuruşları çox vaxt islam dini və bu dinin sərvəri Məhəmməd Peyğəmbər uğrundadır. Abidənin “Salur Qazan tutsak olub oğlı Uruz çıqardığı boy”da isə Qazan xan özünü “Məhəmmədin dini eşqinə qılıc urdım” (D-2777) adlandırır. KDQ-də Məhəmməd Peyğəmbərin adı hətta Allahın adıyla qoşa çəkilir. Hər bir işin onların razılığı ilə yerinə yetəcəyinə inanılır. Misal üçün, Dədə Qorqud elçiliyə gedəndə, yaxud Qanturalı Selcanı halallığa almaq istəyəndə onlar bu işi “Tanrının buyruğıyla, Peyğəmbərin qövliylə” (D-8310) etdiklərini söyləyirlər. Eposun “Salur Qazan tutsak olub oğlı Ulduz çıqardığı boy”da Qazan xanı əsir saxlayan kafirlər ondan özlərinin öyülməsini istəyirlər. Qazan deyir: “Tanrı mənəm” deyü su dibində çığrışur asiləri” (D-2793). Dinin əsası olan Kəlmeyi-şəhadətə də KDQ-də xüsusi yer verilmişdir. Abidənin “Bəkil oğlı Əmran boyu”nda “aləmləri yoxdan var edən Allah” kafirlərlə vuruşan Əmrana Cəbrayıl vasitəsilə qırx ər gücü verir. Yaxud, “Basat Dəpəgözü öldürdügi boy”da, Basat Təpəgözün tələsindən qurtulmaq üçün: “La ilahə illallah, Məhəmməd rəsullallah” – deyir (D-2299). İslam dininin ən vacib şərtlərindən biri də namaz qılmaqdır. Namazın növləri çoxdur və bunlardan yalnız üçünə - ”hacət”, “vacib” (fərz) “cümə”- KDQ-də rast gəlirik. Abidədə ən çox “hacət” namazından söz gedir. Bu da təbiidir. Çünki KDQ qəhrəmanlıq eposudur və “hacət” namazı da səfərdə olarkən, yaxud bir istək dilənərkən, eləcə də, vuruşdan öncə qılınan qısaldılmış iki rikətdən ibarət namazdır. KDQ-də “hacət” namazı yalnız və yalnız kafirlərlə döyüş məqamlarında qılınır. Buna biz abidənin dörd boyunda rast gəlirik (D-633, 1204, 1324, 14710, 1521, 1937). Buradakı “Saqqalı uzun tat əri banladıqda” (D-114), “Minarədə banlayanda fəqih görkli” (D-611) deyimləri bilavasitə sübh azanı ilə bağlıdır. Abidənin bütün boylarının sonluqlarında deyilən “Ağsaqqallu baban yeri uçmaq olsun!” (D-358), “Ağbirçəklü anan yeri behişt olsun!” (D-357) dualarında axirət dünyasına inam qorunmuşdur. KDQ-də İslam dininin iki müqəddəs şəhərinin adı çəkilir. Bunlar “Tanrı evi Məkkə və Mədinə şəhərləridir”. Abidənin ikinci boyunda kafirlər Uruzu dardan asmaq istədikdə o, bu asılacağı ağacı öyür və ona “Məkkə və Mədinənin qapusı ağac”! (D-558), -deyə müraciət eləyir. Abidənin “Müqəddimə” sində isə İslam dininin mühüm bir ən’ənəsindən, Həcc ziyarətindən söz açılır. KDQ-də Həcc ziyarətində müsəlmanların qurban kəsdiyi Ərafat dağı da xatırlanır. KDQ-də Allah-Taalanın iki mələyinin – Cəbrayılın və Əzrailin adı daha çox hallanır. KDQ-də Cəbrayıl vasitəsilə Allah-Taala Qanturalıya qırx ər gücü göndərir. Abidənin “Duxa qoca oğlı Dəli Domrul boyu” Dəli Domrulun ölüm mələyi Əzraillə vuruşuna həsr olunmuşdur. KDQ-də Həzrət Əlinin “Şahi Mərdan” adı “Qılınc çaldı, din açdı şahi-mərdan Əli görkli” (D-62), “Şahi mərdan Əlinin Düldülinin əyəri ağac” (D-5510-11) şəklində iki dəfə xatırlanır. Bundan savayı, abidədə, Həzrət Əlinin (ə) atından (Düldül), atının yəhərindən, eləcə də Haçabaşlı qılıncından (“Zülfiqarın qınıyla qəbzəsi ağac”, D-5511) da söz gedir. İslamda Məhəmməd Reyğəmbərin soyundan olanlar “Əhli-beyt” adlanır. Bir də “Ali-Əba”, “Ali-Rəsul” deyilən “Beşlik” var ki, buraya yalnız Məhəmməd Peyğəmbərin özü, Əbası altına aldığı qızı Həzrəti Fatimə, kürəkəni Həzrəti Əli (ə) və onun oğlanları İmam Həsənlə, İmam Hüseyn daxildir. Abidədə “Ali-Əba”dan sayılan Həzrəti Fatimədən, İmam Həsən və İmam Hüseyndən də bəhs edilmişdir. Əlinin oğulları – peyğəmbər nəvalələri – Kərbala yazısında Yezidlər əlində şəhid oldı Həsən ilə, Hüseyn iki qardaş bilə görkli”. (D-63) KDQ-də Adəm, Nuh, Xızır, İbrahim peyğəmbərlərin də adı çəkilir və bunlarla bağlı rəvayətlərə işarə olunur. Bəhlul Abdulla |