F
FORMUL NƏZƏRİYYƏSİ
FORMUL NƏZƏRİYYƏSİ – Qədim şumer, yunan, german, hind eposlarını tədqiq edən alimlər dastanın inkifaf yolunu müxtəlif baxımdan işıqlandırmış, dastanların min illər boyunca dəyişmə və sabitqalma qanunauyğunluğunu tapmağa çalışmışlar. Məlumdur ki, hər bir dastanın formalaşması uyğun “mifoloji məntiqə” söykənir. İnsan nə qədər ki sözlərin ifadə etdiyi sehrə inanır, o sözlərin dünyasındakı sirrə tapınır, o sözlərin hördüyü həqiqət mif – əsatir həqiqətidir. Və çox sonralar sehrini itirən sözlər nağıllaşır, epik və lirik nəğmələrə çevrilir, bir növ tarixə qovuşur və sonra həyat haqqında, insanlar haqqında dastanlar yaranmağa başlayır. Bu növ tarixin fonunda nağıl ilə mifin qarşılıqlı üzvi əlaqəsi, tarixi transformasiyası eposları doğurur. Qəhrəmanlığı, məhəbbəti tərənnüm edən bu eposlar xalq mənəviyyatının ən geniş panoramına çevrilir. Epik nəğmələrdən eposa doğru uzanan yol hər xalqın milli-mənəvi – tarixi psixologiyası, poetik təcrübəsi ilə şərtlənir. Burası da şübhəsizdir ki, qədim-ilkin insanla müasir insanın beyni arasında xüsusi sərhəd görmək yanlış olardı. Sadəcə olaraq şeylərin sırası və sıranın əlaqəsi kəmiyyətcə fərqlənir. Qədim insanın ilgisiz gördüyü şeylər və hadisələr zaman keç- dikcə əlaqəsini insan beynində də tapır və bu əlaqələnmə söz sənətində də əks olunur. Məhdud və yeknəsək təcrübə arta-arta, təkmilləşə-təkmilləşə, mürəkkəbləşə- mürəkkəbləşə müasir insan təfəkkürünü formalaşdıran əsas amil olmuşdur. KDQ, “Manas”, “Alpamış”, “Koroğlu”, “Maaday Qara”... eposlarının süjet, motiv inkişafının, poetik struktur mükəmməlliyinin mexanizmi hələ də tam öyrənilməyib. Dastan yaradıcılığında epik ənənənin tədqiqi ciddi rol oynayır. Dastan yaradıcılığının sirri isə ozan-aşıq sənətinin mahiyyəti, tarixi ilə qırılmaz şəkildə bağlıdır. Burası doğrudur ki, söz sənətinin universal qanunauyğunluğu, tipoloji eynilik məqamları çoxdur. Bununla belə, hər xalqın öz taleyinə, tarixinə uyğun dastan yaratma spesifikliyi mövcuddur. Bu baxımdan hətta eyni dil ailəsinə daxil olan, kökü eyni olan türk dastanlarının poetik strukturunda formul kiçik semantik mərasimi xatırladır. Çoxəsrlik bədii söz mədəniyyətinin formul sistemi üzrə şərhi və məktəb səviyyəsində təqdimi bilavasitə M.Parri və onun davamçısı A.Lorda məxsusdur. Onların yaratdığı Parri-Lord nəzəriyyəsinin əsasında formul prinsipi və onun nəzəri-təcrübi təhlili dayanır. Bu nəzəriyyənin baniləri formul dedikdə bir metrik şəraitdə zəruri fikri, ani ideyanı ifadə etmək üçün müntəzəm işlənən söz qrupu nəzərdə tuturlar. Təkrarlıq formulu başlıca funksional keyfiyyətdir. Bir tərəfdən formul, digər tərəfdən improvizasiya şifahi söz sənətinin iki qütbü kimi bir-birini tamamlayır. Homer dastanları, serb-xorvat folklor örnəkləri əsasında təhlil aparan Parri və Lord formul ekspressivliyi dedikdə, həmin formul qəlibində yaradılmış misra yaxud yarımmisranı, tema dedikdə qeyri-adi təkrar hallarını, deskriptik keçidləri nəzərdə tuturlar. Musiqi sabitliyini, ritmi, paralel konstruksiyaları, sözün ovsunedici gücünü nəzərə alan Parri-Lord nəzəriyyəsi ritmik-sintaktik modeli-formulu dastan yaradıcılığının əsasında götürür. Bu nəzəriyyənin rasional toxumları, xüsusən formulun linqvistik aspektdə tədqiqi kompleks araşdırma işində böyük rola malikdir. Üst quruluşda daha çox olan bu özünəməxsusluq daxilə və dərinə getdikcə dil ailəsini səciyyələndirən qatlar, daha sonra isə insanın daxili aləmini ifadə edən modellər artır və nəhayət, insan dünyasının ifadəsi olan struktura gəlib çıxır. Məhz bu struktur və sistem universaldır. Dilin özünün də təbiətini ifadə edən bu qanunauyğunluq epos yaradıcılığı üçün də doğrudur. Dastan strukturu bir nəslin (sinxron kəsiyin) müxtəlif ifaçılarında və müxtəlif nəsillərin (müxtəlif zaman kəsiklərinin- diaxroniyanın) müxtəlif ifaçılarında nə qədər dəyişə bilər və necə dəyişə bilər sualına dəqiq cavab vermək çətindir. Ancaq bu dəyişmənin qanunauyğunluğunu belə təsəvvür etmək olar: ixtiyari dastan dil kimi insan beyninə çökdürülmüş şəkildə yaşayır, ifa zamanı nitq reallığı qazanır və bütün nitq formulaları həmin dilin ifadə formulaları kimi meydana çıxır. Ancaq zaman hər şeyi dəyişdirir. Dastan və ifaçı o vaxta qədər əlaqəlidir, vəhdətdədir ki, poetik struktur, obrazlar, süjet, motiv, uyğun formullarda yaşayır: bir növ “invariant-variant” əlaqəsi və dialektikası mövcuddur. Həmin əlaqə zəiflədikcə yeni dastanın strukturu formalaşmağa başlayır və qədim dastanın daxilində yetişən yeni dastan dünyaya gələndə yeni “dastan-ifaçı” münasibəti və yeni “invariant-variant” əlaqə dialektikası meydana çıxır. Bu inkişafın da özünü müəyyənləşdirən, istiqamətləndirən dildaxili və dilxarici amillər çoxdur. Bu mənada dastanların da dil kimi öz qrammatikası var və bu qrammatika nisbi müstəqilliyə malikdir. Dastan qrammatikasının sistemi necə olmalıdır?- sualına verilən cavablardan biri də “formul nəzəriyyəsi”dir. Filoloji ədəbiyyatda “daşlaşmış ifadələr” “epik klişelər”, “stereotip ifadələr”, “ortaq yerlər (məqamlar”) və s. adlandırılan formula verilən izahlar, təriflər çoxdur. Bircə bu faktı demək kifayətdir ki, son on ildə xaricdə formul nəzəriyyəsinə müxtəlif şəkildə əsaslanan 50-dən artıq elmi iş yazılmışdır ki, bunların çoxunda müxtəlif traktovkaya rast gəlmək olur. Eyni vəziyyət rus filologiyasında da özünü göstərir. Formulun epik mətnin strukturunda tutduğu mövqe predmetə müxtəlif mövqedən yanaşılan tədqiqatçılar tərəfindən o qədər müxtəlif, bəzən şişirdilmiş, bəzən mütləqləşdirilmiş, bəzən də tamamilə nəzərə alınmayan, əhəmiyyətsiz amil kimi tədqiqata cəlb olunmuşdur ki, həqiqətin kimin tərəfində olduğunu müəyyənləşdirmək, bədii mətndə formul prinsipinin oynadığı rolu obyektiv şəkildə araşdırmaq xeyli çətinləşir. Bu nəzəriyyənin əleyhdarları da vardır. Məsələn, R.M.Dorson ParriLord nəzəriyyəsinin xalq qəhrəmanlıq poeziyasının bütün örnəklərini və yaşayan xalq söz sənətini açmağa yaramadığını göstərir. Folklor nəzəriyyəçilərindən V.Qatsak “Osnovı ustnoy gpiçeskoy pogtiki slavən” adlı məqaləsində – formul nəzəriyyəsinin əleyhdarı kimi çıxış edir. V.Qatsak bu nəzəriyyə müəlliflərinin əsərlərini geniş təhlil edir və “epik yaddaşın” formul qanunauyğunluğunu şübhə altına alır, hər cür “poetik qrammatika” nı folklordankənar hal hesab edərək improvizasiyanı, yaradıcı münasibəti üstün hesab edir. Bizcə, bu münasibətdə də ifratçılıq var. Belə ki, bədii-məzmun vasitələri ilə forma göstəricilərini üz-üzə qoymaqdansa, forma-məzmun dialektikasından çıxış etmək ədalətli olardı. Azərbaycan folklorunun müxtəlif – kiçik və böyük janrlarının mövzu, motiv, ideya, bədii-poetik təsvir vasitələri, üslubi-poetik təşkil xüsusiyyətləri baxımından linqvopoetik təhlilinin vaxtı çoxdan çatmışdır. Xüsusilə poetik təfəkkürdə, xalq ədəbiyyatının müxtəlif janrlarının tarixi inkişafında formulun oynadığı rolu açan bir dənə də olsun tədqiqat yoxdur. Halbuki Azərbaycan folklorunun bütün janrları, xüsusən nağıl və dastanlar, folklorun poetik janrının, demək olar ki, bütün nümunələri bu baxımdan olduqca zəngindir. Mövcud nəzəri ədəbiyyata söykənərək epik formulları üç prinsip üzrə təsnif etmək olar. Bəzən bir-birinə qarışdırılan bu prinsiplər ayrı-ayrı aspektlər əsasında formulun təsnifini nəzərdə tutur: I. Sintaqmatik prinsip.
I. Sintaqmatik prinsip epik mətn boyunca mövqedən asılı olaraq epik formulların təsnifini nəzərdə tutur. Bu baxımdan epik mətn-formul üç qrupa bölünür: 1. Başlanğıc formullar.
II. Semantik prinsip əsasında formullar
aşağıdakı qruplara və yarımqruplara
bölünür.
2. Döyüş-müharibə formulları
3. Kütləvi (total) səhnə formulları 4. Öygül formulları 5. Dua-alqış formulları 6. Məişət formulları 7. Təbiətə (heyvanlara, bitkilərə) münasibət formulları 8. Sentensiya (hikmətamiz kəlamlar) formulları 9. Yol formulu. III. Linqvistik prinsip üzrə epik mətnin formullarını dil vahidləri əsasında belə təsnif etmək olar: 1. Söz-formul (metafora) 5. Mətn-formul
Biz bu prinsipləri bir-birinə qarşı qoymadan eyni dərəcədə bərabər qəbul etməyin tərəfdarıyıq və qətiyyən bu bölgünü mütləq hesab etmirik. Çünki formulun, ümumən epik mətnin müxtəlif rakurslardan tədqiqi göstərdiyimiz təsnifatı həm keyfiyyət, dəqiqlik, həm də kəmiyyət baxımından təzələməlidir. Yanaşma mövqeyindən asılı olaraq bu prinsiplərdən birini ön plana çəkmək və ya paralel şəkildə epik mətnə tətbiq etmək olar. Epik mətnlərdən gətirilən örnəklər əsasında formulun funksiyasına, mahiyyətinə diqqət yetirək. Müxtəlif baxımlardan hər eposun özü üçün maraqlı olan tipik epik formullardan bir neçəsini illüstrativ şəkildə təqdim edirik: “Ol zamanda bir oğlan baş kəsməsə, qan tökməsə ad qoymazlardı (KDQ, 43) (sentensiya-formul) və s. Gözüm gördü, könlüm sevdi (KDQ, 100 və s.) (sentensiya-formul) Yum verəyim, xanım” (KDQ, 68 və s.) (ritual-formul). Bəli xitab (1), əmr (6), sual (5, 7), zaman kontiniumlu MSB-lərdən (2, 3, 4) ibarət olan bu formullar (5,7) yarımritorik sual kimi işlənsələr də, onların sual informasiyası itmir və çox vaxt elə birbaşa cavab da onunla birgə işlənir (11). Söz-formul və müqayisə-formullar poetik sintaksisin predmetinə daxil olmasa da, onların formul mövqeyi sintaktik vahidlərdən zəif deyil. Belə ki, təkcə KDQ-də işlənən əlliyə kimi müqayisənin, yetmiş altıya kimi söz-formulun tipik örnəyi sayılan metaforanın bəzisi epik mətndə formul funksiyasını yerinə yetirir. Başlanğıc formulu mətndaxili fiqur kimi də təhlilə cəlb oluna bilər. Bunu da qeyd edək ki, bu tipli sual cümlələri yalnız başlanğıc deyil, həm də keçid formuludur. Mətləbdən-mətləbə, motivdən- motivə, mətndən-mətnə keçid üçün də bu formuldan geniş istifadə olunur. Başlanğıc formulları epik mətndə süjetin şaxələnməsi, obrazların çoxalması, bir növ kompozisiyanın mürəkkəbləşməsi ilə əlaqədar olaraq işlənir, söz sözə, əhvalat əhvalata calanır, rəbt olunur. Bu məqamlarda işlənən formullardan bəzisinə diqqət yetirək: 1. Baş ötrü, gün doğru (KDQ, 52). 2. Bunun üzərinə on altı il keçdi (KDQ, 53). Bu keçid formulları öz variantları da nəzərə alınmaqla əsas funksiyalarını müxtəlif sintaqmatik xətlər üzrə yerinə yetirirlər. Zamanda və məkanda dəyişməni nəzərdə tutan yol-səfər semantikası sadə cümlənin ritmik konfiqurasiyaları ilə müşayiət olunur. Bu tipli formullar Azərbaycan nağıllarında geniş şəkildə işlənir. Bir sintaktik koddan digər sintaktik koda keçidi (musiqidən sözə) bildirən, eləcə də zaman keçidini bildirən formulların sayını xeyli artırmaq olar, ancaq məqsəd epik mətnləri formul baxımından tam təsvir etmək olmadığı üçün sintaqmatik prinsipin sonluq bildirən formul növü üzərində dayanmaq olar. Sonluq formullar yalnız boyların, qolların və ümumən epik mətnlərin qurtaracağında deyil, motiv hüdudunda, süjetin müəyyən məqamlarında, başqa sözlə desək, mikromətnlərin son ucunda da işlənə bilir. Örnəklərə diqqət yetirək:
Sonluq-formullar əsasən mürəkkəb sintaktik bütövlərlə ifadə olunur. Epik formuldan danışarkən onların linqvistik və semantik təsnifi haqqında bir neçə təcrübi xarakter daşıyan qeydimizi bildirmək istərdik. Epik mətnlər yaranma tarixi və dəyişmə- inkişaf qanunauyğunluğu baxımından eyni olmadığı üçün KDQ Oğuznamələri ilə “Koroğlu” eposunu və ya məhəbbət dastanlarını, yaxud digər türk xalqlarının eposlarını birləşdirən formullar tapmaq, başqa sözlə desək, bir dil ailəsi üçün universal formul sistemi yaratmaq praktik cəhətdən çox çətindir. Çünki “Manas”ın ənənəsi öz formula sistemini yaratdığı kimi, KDQnin də ənənəvi-tarixi inkişafı özünə uyğun formul biçimləri yaratmışdır. Epik mətnlərin formullarının qədim yazılı ədəbi nümunələrlə müqayisəsi də maraqlı aspekt kimi özünü göstərir. Orxon-Yenisey abidələri tarixiepik hekayələr kimi bədii ünsürlərə malikdirsə, KDQ başdan-başa bədii sistem əsasında qurulub müxtəlif zamanların tarixi-sosioloji əlamətlərini özündə yaşadır. Orxon-Yenisey abidələri öz dövrünün ədəbi-tarixi sənədidir və bu abidələrin müəllifləri dildə hazırlanmış klişe-formullardan yerli-yerində istifadə etmişlər. KDQ-ni daha çox tarixi-filoloji aspektdə təhlil edən S.Əliyarov “Dədəm Qorqud” kitabında anaxaqanlığı tarixinin izləri” adlı məqaləsində aşağıdakı formulları qarşılaşdırmışdır. KDQ – Qədim türk run yazıları Qadınım ana qadın ana – Ögim
qatun
Bir neçə tipik sintaktik biçimdə üslubi-poetik formullara diqqət yetirək: “'Sağdakı şadapıt bəylər, soldakı tarkat, buyruk bəylər. Otuz tokuz Oğuz bəyləri, xalqı. Bu sözümü yaxşıca eşidin. (Kül Tiqin abidəsi). Sağda oturan sağ bəylər, solda oturan sol bəylər. Eşikdəki inaqlar, dibdə oturan xas bəylər. Qutlu olsun dövlətiniz! (KDQ) Görür gözim görməz tək Yazıçı Anar “Dədə Qorqud dünyası” adlı əsərində aşağıdakı parçanın sonralar qəliblənmiş aşıq şeiri biçimlərinə çox yaxın olduğunu yazır: Apul-apul yürüşündən,
Müxtəlif sintaktik biçimlərdə olan
aşağıdakı üslubi-poetik formullar da
maraqlıdır:
Hanı dediyim bəy ərənlər? Dünya mənim deyənlər? Onlar dəxi bu dünyaya gəlib keçdi. Karvan kimi qondu, köçdü. Əcəl aldı, yer gizlədi, fani dünya kimə qaldı? Gəlimli – gedimli dünya! Son ucu ölümlü dünya! (KDQ, 83) Bir parçanın müqayisəsi də yerinə düşərdi. “KİTABİ-DƏDƏ QORQUD” – ”OĞUZNAMƏ” (YAZIÇIOĞLU ƏLİ)
Yuxarıda nəzərdən keçirdiyimiz misallarda gördüyümüz kimi, Yazıcıoğlu Əlinin “Oğuznamə”sində də KDQ-də olduğu sayaq təkrar sistemi dilin bütün səviyyələrində özünü uyğun ekvivalent vahidlərin nümunəsində göstərir: fonetik səviyyədə – alliterasiya morfoloji səviyyədə – morfemlərin təkrarı leksik səviyyədə – qoşa sözlər, anafora və epifora sintaktik səviyyədə – ritmiksintaktik paralelizm Türkdilli xalqların qədim ədəbiyyatı üçün, sözün magik qüvvəsinə inamı şərh etmək üçün və nəhayət, qədim türk şeirinin genezisini öyrənmək üçün təkrarlar sisteminin linqvopoetik funksiyası həlledici rol oynayır. Məhz bu təkrarlar sistemi formulların fəaliyyət dairəsini spesifik şəkildə müəyyənləşdirən amil kimi çıxış edir. Kamil Vəli Nərimanoğlu |