F
FARS SÖZLƏRİ
FARS SÖZLƏRİ – KDQ-də söz yaradıcılığı da nəzərə alınmaqla 194 fars sözü işlənmişdir. Din, məişət, hərb məzmunlu sözlər və adlar (xuda, Peyğəmbər, behişt, didar, bargah, divar, külah, əbrişəm, Rüstəm, cəng, ləşkər, düşmən və s.) müxtəlif tarixi dövrlərlə əlaqədar olaraq dilimizə daxil olmuşdur. Müqəddimə və boylar üzrə tərtib olunmuş statistik cədvələ nəzər saldıqda fars sözlərinin eyni tezlikdə işlənməmələri aydın görünür. Belə ki, 194 fars sözü dastanda həm Drezden, həm də Vatikan nüsxələri nəzərə alınmaqla 1475 dəfə işlənmişdir. Bunların 982- sinə Drezden nüsxəsində, 493-nə isə Vatikan nüsxəsində rast gəlinir. O cümlədən dastanın “müqəddimə” hissəsində 24 fars sözü 52 dəfə, I boyda 32 fars sözü 140 dəfə, II boyda 95 fars sözü 272 dəfə, III boyda 78 fars sözü 245 dəfə, IV boyda 58 fars sözü 138 dəfə, V boyda 48 fars sözü 144 dəfə, VI boyda 58 fars sözü 127 dəfə, VII boyda 32 fars sözü 46 dəfə, VIII boyda 34 fars sözü 75 dəfə, IX boyda 39 fars sözü 70 dəfə, X boyda 28 fars sözü 41 dəfə, XI boyda 35 fars sözü 71 dəfə, XII boyda 30 fars sözü 56 dəfə işlənmişdir. Bu sözlərin boylar üzrə müxtəlif tezliyə malik olmaları təbiidir “çünki əsərin dili və hadisələri təsdiq edir ki, boylar müxtəlif dövrlərdə yaranıb, həm də bu yaranma müddətləri arasında əsrlərdən ibarət məsafə var”. Dillərin bir-birinə təsirindən bəhs edərkən onların fonetik və morfoloji qanunlarını da aydınlaşdırmaq lazımdır. Müxtəlif dillərdən bir-birinə keçmiş sözlər asan tələffüz nöqteyi-nəzərindən bəzən dilin fonetik qanunlarına uyğunlaşdırılaraq müəyyən qədər fonetik dəyişikliklərə uğrayır və bəzən isə öz dillərinin fonetik xüsusiyyətlərini saxla149 yırlar. Dastanda işlənən fars mənşəli sözləri tələffüz baxımından 3 kateqoriyaya bölmək olar: 1. Azərbaycan türkcəsində oxunuş və tələffüzünə görə fərqlənməyən fars sözləri.
Misallardan göründüyü kimi, fars mənşəli sözlərin bu qrupu eyni ilə Azərbaycan türkcəsinə keçmiş, olduğu kimi tələffüz olunaraq həm danışıq dilində, həm də ədəbi dildə sırf türk sözlərindən fərqlənmir. Hətta bu sözlərin alınma olduğunu müəyyən etmək belə çətin olur. Yəni bu qisim sözlər öz fonetik tərkibini tam olduğu kimi saxlayaraq dastanın dilində işlənmişdir. 2. Digər qisim sözlər yazılış cəhətdən eyni ilə dilimizə keçsə də, saitlərin uzunluğu fars dilində olduğu kimi tələffüz edilmir. Dastanda işlənən və demək olar ki, eyni cür oxunan bu sözlərin Azərbaycan türkcəsindəki tələffüzü fars dilindən fərqlənir. Həmin sözlərdə bəzi saitlərin vurğudan asılı olmayaraq uzun tələffüz olunmasına nəzər saldıqda bu fərq daha aydın görünür. “Fars dilində saitlərin tələffüz məxrəci və keyfiyyət çalarından əlavə onların xarakteristikası üçün, həmçinin kəmiyyət əlaməti, yəni uzunluq böyük əhəmiyyətə malikdir. Saitlər iki qrupa bölünür: uzun (və ya davamlı) – i, u, a və qısa (və ya qeyri-davamlı) ə, o, e. Onların kəmiyyət fərqi aydın surətdə yalnız bir vəziyyətdə olduqca qısalır, uzun saitlər uzunluqlarını, demək olar ki, saxlayırlar. Bu mənada Azərbaycan türkcəsinin saitləri yalnız keyfiyyət çalarları, tələffüz məxrəclərinə görə bir-birindən fərqlənirlər. Fars dilində mövcud olan kəmiyyətcə uzun a, i, u saitləri Azərbaycan türkcəsinin öz fonetik tərkibində yoxdur”. Aşağıdakı cədvəldə saitlərin uzunluğu baxımından hər iki dildə bəzi sözlərin tələffüz fərqinə nəzər salaq:
Azərbaycan türkcəsində isə bu uzunluq nəzərə çarpmır. Öz sözlərinə aid fonetik qaydaların təsiri altında digər xüsusiyyətləri itirmiş və artıq azərbaycancalaşaraq adi tələffüz olunur. 3. Dastanda işlənən fars sözlərinin üçüncü bir qismi öz fonetik simasını dəyişərək, Azərbaycan türkcəsinin daxili inkişaf qanunları əsasında onun fonetik qaydalarına tabe olan sözlərdir. Azərbaycan türkcəsində işlənən doqquz saitdən üçünün (ı, ü, ö) fars dilində olmaması, qeyd edildiyi kimi, fars di150 lindəki altı saitdən üçünün (a, i, u) Azərbaycan türkcəsindən fərqli olaraq uzun tələffüz olunması və bir çox başqa fərqlər nəzərə alınarsa, müxtəlif dil ailələrinə mənsub olan bu iki dilin birbirindən aldıqları sözləri öz fonetik qanunlarına tabe etmələri təbii haldır. Bu qisim sözlər yalnız saitlərin uzunluq və qısalığına görə bir-birindən fərqlənən sözlər deyil, eyni zamanda Azərbaycan türkcəsinin fonetik qanunlarına (ahəng qanunu, assimilyasiya, dissimilyasiya, eliziya və s.) məruz qalaraq, saitləri və hətta samitləri də əvəzlənmiş sözlərdir:
Ərəb qrafikası əsasında yazıya kö- çürülmüş KDQ-də işlənən fars mənşəli sözlərin türkcələşməsi məsələsi hələ tam həll olunmamışdı. Belə ki, bu sözlərin bəzisi əsasən əslində olduğu kimi yazılmış, eyni ilə də tələffüz olunmuşdur. Hətta bunu dəqiqləşdirmək üçün bəzən ərəb əlifbası üçün xas olan hərəkələrdən də istifadə olunmuşdur. Məsələn, baxt, taxt, canavar və s. sözlər qısa ə saitini ifadə edən və fəthə adlanan hərəkə ilə işarələnərək sanki bəxt, təxt, canəvər və s. kimi oxunması hökmü verilmişdir (eyni sözlərə hərəkəsiz də rast gəlmək olur). KDQ-də fars sözlərinin fonetik yazılma qanunlarına tam riayət olunmamışdır. Dastanda işlənən fars sözlərindəki türkcələşmə yazıda da müəyyən dərəcədə öz əksini tapmışdır. Məsələn, bustan sözü dastanın dilində də Azərbaycan türkcəsində tələffüz olunduğu kimi bostan şəklində, yəni (vav) – sız yazılmışdır (D, 24; 127). Həmpa, hiç sözlərinin dastanda Azərbaycan türkcəsində tələffüz olunan yazı forması, yəni (hampa) (D-42), (heç) (D-26; 44; 45; 117; 118; 129) kimi verilmişdir. Bu da tələffüzün yazıya hələ qədimdən təsiri ilə əlaqədardır. Elə sözlər də var ki, onlara hər iki yazı formasında rast gəlmək mümkündür. Yəni həm əslində olduğu kimi qorz, qonah, doşmən, həm də artıq Azərbaycan türkcəsi tələffüzünə uyğun gürz, günah, düşmən kimi yazı formaları mövcuddur. Görünür, təshihçi bu sözləri Azərbaycan türkcəsinə uyğunlaşdırmağa tərəddüd etmişdir. Yaxud da dastanın yazıya alındığı vaxtda bu sözlər Azərbaycan türkcəsinin fonetik qanunlarına tabe olmasına baxmayaraq, hələ hər iki formada işlənmişdir. Yəni dastanın şifahi deyilişində bu tələffüz olmuşdur ki, yazıya da hərfən köçürülmüşdür. Bunu ərəb qrafikalı yazının orfoqrafik konservatizmi şərtləndirir. Qeyd etmək lazımdır ki, bu kimi konservatizm ərəb mənşəli sözlərdə də özünü göstərir. Məsələn, eyb, moxən151 nət və s. ərəb mənşəli sözlərin dastanda ayıb (D-8), müxənnət (D-33) və s. kimi fonetik cəhətdən türkcələşmiş formalarına rast gəlinir. Öz fonetik tərkibini dəyişərək Azərbaycan türkcəsinin tələffüz xüsusiyyətlərinə uyğunlaşdırılan fars sözlərinin türk sözləri olmadığını bəzən müəyyənləşdirmək çətin olur. KDQ-də işlənən fars sözlərinin morfoloji quruluşuna gəldikdə isə burada rəngarənglik görünür. Bu baxımdan biz onları aşağıdakı kimi qruplaşdırıb təhlil edirik: ayna, asiman, baxt, behişt, zindan, zor, güman, günah, möhür, namaz, nəvə, nişan, peşman, Rüstəm, cavan, şəhər, şikar və s. bu kimi sözlər fars dilində olduğu kimi Azərbaycan türkcəsində də sadə söz hesab olunur. Tərkibində xana sözü olan müxtəlif komponentli sözlər (sallaqxana, cəbbəxana, gərdəkxana, bütxana, meyxana) fars dilində mürəkkəb söz kimi təhlil olunur. Lakin müasir Azərbaycan türkcəsində xana sözü şəkilçiləşməyə doğru inkişafda olduğundan onları düzəltmə söz hesab edirik. Fars dilində düzəltmə söz kimi təhlil olunan bazirgan, barı, bargah, bustan, dərgah, çeşmə, çəngəl, çirkin, canavar və s. sözlər Azərbaycan türkcəsində sadə sözdür. İmam Əlinin epitetləri olan Şahi Mərdan (kişilər və cəsurlar şahı) və Şir-i mərdan (kişilər və cəsurlar aslanı) sözləri fars dilində olduğu kimi Azərbaycan türkcəsində də Şahmərdan, Şirmərdan formalarında mürəkkəbdirlər. Sərçeşmə, zir-ü zəbər, xurd-xaş, şəbçıraq və bu qəbildən olan sair sözlər də bu minvalla təhlil olunur. KDQ-də fars dilindən alınmalarda həm leksik, həm də semantik cəhətdən müəyyən tarixi təkamül görünür. Bu sözlərin bir qismi dastanda əslində olduğu kimi işlənir, bəziləri isə Azərbaycan türkcəsi kontekstində yeni məna kəsb edir. Ümumiyyətlə, alınma sözün mənası ya elə alınma zamanı, ya da bir qədər gec, yəni dil sistemindəki inkişaf nəticəsində dəyişir. Semantik dəyişmələr mümkün olduğu qədər də bəzən labüddür. Belə ki, alınma söz orijinalda olduğundan fərqli olaraq başqa mənalar ifadə edir. Alınma söz hər hansı əlaqə və assosiasiyalardan asılı olmayaraq dildə yaranır. Bu səbəbdən də həmin sözü verən dilin mövqeyindən, təəccüblü olsa da, məna dəyişikliyinə məruz qalmağa meyllidir. Tarixi təkamül, Azərbaycan türkcəsi şəraiti bu sözlərin yalnız semantikasına nüfuz etməklə qalmır, onların yaşamaq taleyini də müxtəlif reseptlərlə həll edir. Həmin sözlərdən bəzilərinin semantik xüsusiyyətini nəzərdən keçirək: Fars dilində “dəfə”, “yük” mənalarında fəal işləkliyə malik olan “bar” sözü i şəkilçisi artırılmaqla “bir dəfə” mənasını kəsb etmişdir. Lakin Azərbaycan türkcəsində “barı” formasında işlənərək “heç olmasa” mənasını daşıyır. Azərbaycan türkcəsinin bəzi dialektlərində qalmış əbrişim (ipək mənasında) sözü müasir fars dilində işlənməkdədir. Beyrək öz atını – Boz Ayğırı öyərkən işlətdiyi metaforada atın yalınını ipəyə bənzətmişdir: “Əbrişəmə bənzər sənin yəlicigin...” (D-997). Vatikan nüsxəsində isə “əbrişim” sözü özünün Azərbaycan türkcəsindəki ekvivalenti ilə işlənmişdir: “Əbrişim ipəyə bənzər sənin yalıncığın” (V, 38). İş mənasında olan “kar” sözü dastanda türk mənşəli qılmaq, eyləmək felləri ilə bir tərkibdə işlənmişdir: “Oğuz Dəpəgözə kar qılmadı, ürkdi qaçdı” (D-2194); “Ya, Tərsuzamışın sözi Əgrəgə kar eylədi (D-25411). Bi152 rinci cümlədə “kar qılmadı”, yəni heç nə (heç bir iş) edə bilmədi. İkinci cümlədə isə “kar eylədi”, yəni təsir etdi. Hazırda həmin ifadə dilimizdə “təsir etmək” şəklində işlənir. Bəzən isə kiminsə karına (yəni köməyinə) gəlmək, yaxud “filankəs kara gələn (işə yarayan) adamdır” və s. formalarda qalmışdır. Müasir Azərbaycan türkcəsində arxaikləşən “gürz” (toppuz) sözü bir hərbi termin kimi dastandakı döyüş silahlarından birinin adını bildirir: “Mərə bazirganlar, bu ayğırı və dəxi bu yayı və bu gürzü mana verin!” (D-7211). Bəzən sadəcə “gürz” kimi deyil, “altı pərli gürz”, yaxud “altmış batman gürz” kimi də işlənir. Yəni bu da yeni dil kontekstində şəkilçi vasitəsilə söz yaradıcılığı, bir nitq hissəsinin digərinə keçməsi, söz birləşmələrinin lüğəviləşməsi, həmin dildəki mənaların yaranması və s. kimi üsullardan biridir. “Altı pərli gürz” ifadəsi fars mənşəli “şeşpər” sözündən kalka üsulu ilə tərcümədir. Yazılı ədəbiyyatdan başqa bu söz “Koroğlu” dastanında “şeşpər” formasında istifadə olunmuşdur: Giziroğlu şeşpər atdı,
“Canəvər” sözü dastanda da fars dilindəki kimi canlı, heyvan mənalarında işlənir: “Hər kim ol üç canəvəri basa, ol qızı ana verirlər...” (D-1751). Eyni mənaya Füzulinin dilində də rast gəlinir: Rəfiqin olsa dilsiz canəvər, həm saxla
raz ondan, Müasir fars dilində eyni mənanı kəsb edən bu söz hazırda Azərbaycan türkcəsinin ahəng qanununa uyğunlaşıb “canavar” formasına düşmüş, semantik cəhətdən inkişaf edərək “qurd” mənasında başa düşülür. Qeyd etmək lazımdır ki, KDQ-də fars dilindən alınmış bir çox sözlərlə yanaşı, onların Azərbaycan türkcəsindəki ekvivalentləri də mövcuddur. Bu müvazilik adi sinonimlik faktı deyil. Adi sinonimlik dildə üslubi məqsədə xidmət edir. Ancaq burada xalq dilinin müəyyənləşməsi zamanı hələ tərəddüdün olması əsasdır. Yəni iki türk mənşəli sözdən (qızıl//altun) hərəsi bir tayfa dilinin nümunəsidir. Paralelliyin tərəflərinin mübarizəsi gələcəkdə hansı tayfa dilinin qalib çıxması ilə qətiləşəcəkdir, yaxud türk mənşəli ilə alınma vahidlərdən hansının işlənmək hüququ qazanacağı hələ məlum olmur: yazı//biyaban, cəng//savaş. Gələcəkdə bu sözlərdən biri digərini ya sıxışdırıb çıxarmalı, ya da hər ikisi vətəndaşlıq hüququ qazanıb yaşamalıdır. Öz türk mənşəli ekvivalentləri ilə işlənən bəzi fars sözlərini nəzərdən keçirək: asiman//göy, behişt//cənnət (ər.)// uçmaq, dərd// bün, didar//görmək, düşmən// yağı, zəxm//yara, zor/güc, kar//iş, köhnə//əski, külah//börk, günah//suç, leş//ölü, ləşkər//çəri, məst//əsrük, pəhləvan// bahadır, pir//qoca, sipər//qalxan, tir//ox, xub//yaxşı, cəng//savaş, şikar// ov və s. KDQ-də işlənən fars dilindən alınmalarla onların Azərbaycan türkcəsindəki ekvivalentləri arasında uzun müddət davam edən mübarizə getmişdir. Bu mübarizədə bəzən bir sıra türk sözləri məğlub olaraq fəal işləklikdən düşmüş və fars sözləri vətəndaşlıq hüququ qazanmış, bəzən isə əksinə, sırf Azərbaycan sözləri qalib gəlmiş, fars sözlərini sıxışdırıb çıxarmış, yaxud bu sözlərin hər ikisi vətəndaşlıq hüququ qazanaraq yaşamaqdadır. Eldar Piriyev |