A
AXIR ZƏMAN
AXIR ZƏMAN – Dünyanın son günləri və ya sonu mənasında işlədilən bir anlayış KDQ mətnlərinin müqəddimə qismində Qorqut Atanın dilindən söylənən “Axır zəmanda xanlıq gerü – qayıya dəgə, kimsənə əllərindən almıya. Axır zəman olıb qiyamət qopınca...” (D-2) sözlərində rast gəlinir. Axır zəman anlayışı zamanın birbirinin
ardınca gələn dövrələrdən və ya
silsilələrdən ibarət olub sonsuzluğa qədər
davam elədiyi, yəni zamanın dövrəvi
olduğu ideyasını qəbul edən dinlərdə
də var. Ölüb dirilməyə həqiqi inamın
kökləri bu ideyadan gəlir. Həmin inam
isə türk tanrıçılığında – Göy-Tanrı
dinində başlıca yer tutur. İslam alimləri 3 zaman dövrəsindən
danışırlar. Bunlardan son 3 zaman
dövrəsi hicrətdən qiyamətə qədər olan
dövrü əhatə edir. Nə zaman bitəcəyi bilinməyən
bu dövrə axır zəman anlayışına
uyğun gəlir. |