"Kitabi-Dədə Qorqud"

ENSİKLOPEDİYASI


 

 

A

ASSONANS

ASSONANS – Sait səslərin təkrarından yaranan bu üslubi fiqurun Dastanın dilində özünə yer tapması bu dilin üslublaşmasına, Yazı mədəniyyətinə məxsus çalarlara malik olmasına işarə edir. Alliterasiyaya nisbətən assonansın ayrıca işlənmə əhatəsi o qədər də geniş deyil və adətən qeyd etmək lazımdır ki, bunlar bir yerdə işlənir. Nümunə: Qaytabanlar qarısa... qaraqoçlar qarısa .. “Baban qarı, anan qarı; Ağca üzlü anan qarşı gəlib oğul desən; Ağ əlləri ardına bağlı deyəyimmi? “ və s.

Kamal Abdulla