"Kitabi-Dədə Qorqud"

ENSİKLOPEDİYASI


 

 

A

ALQIŞ VƏ QARĞIŞLAR

ALQIŞ VƏ QARĞIŞLAR – Alqış, öygü, qarğışlar sosial situasiyalarda ayrı-ayrı vəzifələr yerinə yetirirlər. Məs., qarğışlar konfliktlərin dil ekvivalenti olub konfliktləri çılpaqlaşdırma, dərinləşdirmə vasitəsinə çevrilirlər. Tipik qarğışlar konfliktlərdə tərəflərin emblematik göstəriciləri də olurlar.

Eyni baxımdan KDQ-dəki alqışlara, nəvazişlərə, bəyəntili, öygülü sözlə21 rə də yanaşmaq olar. Bu zaman da dil faktlarının polifunksionallığı görünəcək.

KDQ-dəki deyimlərin mədəniyyətlərdə özəl estetik vəzifələri də var.

Azərbaycan folklorşünaslığında qarğış və alqış ilkin araşdırmalardan keçirilib. Ancaq belə araşdırmaların nəticələri etnoqrafik, etnopsixoloji, kulturoloji planda tədqiq olunmayıb. KDQ mətninin transformativ modeli və ya tekst quruculuğu alqış, qarğış, öyütmələr, nəvazişlər strukturundan doğur. Mətni götürüb onun iri-iri bloklarını alqış, qarğış sxemlərinə reduksiya etmək olar.

Məsələn, “təsadüfi seçmə” prinsipi ilə yanaşsaq “Dirsə xan oğlı Buğac xan boyu”nda ilkin parça belədir: “Bir gün Qamğan oğlı xan Bayındır yerindən durmışdı. Şami günlügi yer yüzinə dikdirmişdi. Ala sayvanı gög yüzinə aşanmışdı. Bin yerdə ipək xalıçası döşənmişdi” (D-101).

Bu cümlələrdə öygü, alqış ruhunun yüksək üslubu aydınca duyulur. KDQnin döyüş səhnələrinin təsvirində teztez alqış, öygü estetikasına rast gəlirik:

“Yoxsa, a Qazan, ayağımdan sərmüzə atayınmı?
Qara dırnaq ağ yüzimə çalayınmı?
Güz alması kibi al yanaqlarım yırtayınmı?
Çənbərümə alca qanım dökəyinmi?
Ağır şivən sənin orduna qomayınmı?
“Oğul”, “oğul” deyübəni bozlayayımmı?” (D-1392)

KDQ-də söyüş konstruksiyasına da təsadüf edilir:

“İlaqırdı söyləmə, mərə itüm kafir!
İtümlə bir yalaqda yundım içən azğun kafir!
Altındağı alaca atın nə ögərsin?
Ala başlu keçimcə gəlməz mana!
Başındakı tuğulğanı nə ögərsin, mərə kafir!
Başımdağı börkümcə gəlməz mana!
Altmış tutam göndərini nə ögərsin, murdar kafir,
Qızılcıq dəgənəgimcə gəlməz mana!” (D-4013)

Bu fraqmentdən söyüş ilə bağlı bir maraqlı fakt da ortaya çıxır. Söyüş, adətən, təhqirin, mə’nəvi yaralamanın, zərbənin gücünü artırmaq amacı güdür. Ona görə də söyüşlər hədəf kimi insandan onun ləyaqəti ilə bağlı, onun öyündüyü şeyləri götürür.

KDQ-də dünyadan seçilmiş nəsnə və olaylar, bu nəsnə və olaylara hədəflənmiş hərəkətlər (söyləmlər) əsasən alqış, qarğış, öygü aktlarıdır.

Füzuli Bayat